image-qanunla-reklam
image-16348011645843311567_1000x669-696x391

Böyük Qayıdış təmin ediləcək

image-lady-day-az

Böyük Qayıdış təmin ediləcək

“2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.  Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı ilə bağlı məsələlər, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri  öz əksini tapıb. Azad edilmiş ərazilərə xalqımızın Böyük Qayıdışının təmin edilməsi də məhz Azərbaycan Prezidenti  İlham Əliyevin dövlətimizin güclənməsi naminə apardığı sistemli işlərin məntiqi davamıdır.”

Bu müstəsna önəm daşıyan tarixi sənədin hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınmışdır. Son onilliklər ərzində inkişaf etmiş ölkələrdə inklüzivlik, bərabər imkanlara əsaslanan inkişaf və regional bərabərsizliklərin aradan qaldırılması, rəqəmsal inkişaf,  yerli istehsal, “ağıllı” və dayanıqlı yaşayış məntəqələri, infrastruktur, vətəndaş iştirakçılığı kimi amillər idarəetmənin yeni istiqamətləri kimi önə çıxmışdır. Dövlət Proqramının hazırlanması zamanı sözügedən amillər ətraflı araşdırılmış, onların mümkün təsirləri təhlil edilmişdir. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı nəzərə alınmışdır. Dövlət Proqramı çərçivəsində “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan prioritetlər Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılmışdır. Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyətə malikdir.

Böyük Qayıdış təmin ediləcək.  Ölkə Prezidenti  İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli  Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılmışdır. Sərəncama əsasən, Əlaqələndirmə Qərargahının nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi, həmçinin analitik-təşkilati dəstək göstərilməsi üçün İdarələrarası Mərkəz formalaşdırılmışdır. Bu sahədə işin təşkili məqsədilə Əlaqələndirmə Qərargahının nəzdində müxtəlif dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət və işğaldan azad edilmiş ərazilərin bərpası, habelə yenidən qurulması üzrə məsələlərin operativ həlli məqsədilə işçi qruplar fəaliyyətə başlamışdır. Bütün bunlar strateji əhəmiyyət kəsb edən məsələlərin həlli məqsədilə peşəkar idarəetmə sisteminin qurulduğundan xəbər verir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Böyük Qayıdışın – layiqli və dayanıqlı məskunlaşmanın vaxtında, yüksək səviyyədə təmin olunması  böyük  əhəmiyyət kəsbedir.

 İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistanın  işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, tarixi ədaləti bərpa etdi. İkinci Qarabağ müharibəsinin xalqımızın qələbəsi ilə nəticələnməsi nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın tarixində yeni bir mərhələnin başlanğıcı deməkdir. Başqa sözlə, bu uğur regionun yenidən inkişafına böyük stimul verəcək. Prezident İlham Əliyevin  bildirdiyi kimi, Azərbaycanın maraqlarını təmin edən  sənəd imzalanıb. Bu nəticənin qazanılmasında başda Müzəffər Ali Baş Komandan olmaqla, bütün Ordumuzun və hərbi əməliyyatlar dövründə birlik, həmrəylik nümayiş etdirən xalqımızın hər bir nümayəndəsinin rolu var.

Qarşıda duran vəzifələrdən biri də azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlamaqdır. Artıq bu bölgələrə “Böyük Qayıdış”ın vaxtı gəlib çatıb. Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bu qənaətə gəlməyə əsas verir.

Dövlətimiz  artıq “Böyük Qayıdış”  proqramına  başlayıb. Həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturların yaradılması, sərmayələrin cəlb edilməsi və digər mühüm amillər yüksək səviyyədə təmin olunması  əhəmiyyətli şərtlərdəndir. Bütün  infrastrukturunun yaradılması – avtomobil və dəmir yollarının çəkilməsi, yeni hava limanlarının tikilməsi,  şəhərlərin baş planlarının hazırlanması və digər addımlar görülən işlərin sistemli xarakter daşıdığını göstərir.

Böyük Qayıdışın – layiqli və dayanıqlı məskunlaşmanın vaxtında, yüksək səviyyədə təmin olunması  böyük  əhəmiyyət kəsbedir. “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi regional inkişafın yeni nümunəsinin yaradılmasıdır. Sakinlər üçün rahat həyat şəraitinin və əlçatanlığın təmin olunmasına xidmət edən bu layihələr həm də vətəndaş məmnunluğunun artırılması baxımından çox önəmlidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharbəsində qazandığı Zəfər nəticəsində torpaq həsrətini çəkən keçmiş məcburi köçkün həmvətənlərimiz doğma yurdlarına  qayıdırlar. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir.

Regionda yeni reallıqlar yaradan dövlətimizin bölgənin gələcəyi ilə bağlı hədəfləri böyükdür. Bu hədəflərə çatmaq üçün Azərbaycan bütün imkanlarını səfərbər edir. Ağalı kəndi Böyük Qayıdışın ilk müjdəsi oldu.  Qayıdışımız mübarək! İnşallah tezliklə bütün Qarabağda və Şərqi Zəngəzurda yeni həyat başlayacaq.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

İşğaldan azad olunmuş ərazilərin bərpası ölkəmizi daha da gücləndirəcək

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərin Böyük Qayıdışına dair I Dövlət Proqramına əsasən Qarabağ və Şərqi Zəngəzurda həyta keçiriləcək bərpa-quruculuq işləri ən müasir standartlara əsaslanacaq və bölgənin coğrafi-iqtiasdi, tranzit, bir sözlə, bütün imkanları kompleks qaydada nəzərə alınacaq.

Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır.

İşğaldan azad edilmiş ərazilərdə qabaqcıl standartlara uyğun təhsil, səhiyyə və sosial xidmətlərin yaradılması, onların əlçatanlığının təmin edilməsi, insan kapitalının inkişaf etdirilməsi, məşğulluq imkanlarının artırılması, sosial dəstək mexanizmlərinin geniş tətbiqi Dövlət Proqramı çərçivəsində Böyük Qayıdışla bağlı müəyyən olunmuş prioritet vəzifələrdəndir.

2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanmışdır. İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla bu sahədə xidmətlər – mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkil edilmişdir. Hazırda şəbəkə və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində intensiv işlər davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində əsas prioritetlərdən biri ərazilərin minalardan və digər hərbi sursatdan təmizlənməsidir. Təbii ki, təhlükəsizlik tədbirləri görülmədən bərpa-quruculuq işlərini həyata keçirmək mümkün deyil. Təhlükəsizlik məsələsinə eyni zamanda dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması daxildir.

İşğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa edilməlidir. Yeni bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilməli və ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olmalıdır. Regionun dayanıqlı inkişafı burada iqtisadiyyatın ehtiyaclarının doğru resurslarla təmin edilməsindən asılı olacaq, təbii resurs bolluğu və qazanılan tarixi imic bu ərazilərə sərmayə cəlbinə imkan verəcək.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

Qarabağ dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: “sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.

Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır.

Proqramın əsas qayəsi Otuz ilə yaxın müddət ərzində Azərbaycan Respublikasının güclənməsi naminə aparılan uzaqgörən xarici siyasətin və görülən sistemli işlərin məntiqi davamı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və dayanıqlı inkişafının, milli iqtisadiyyata sürətli inteqrasiyasının və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsidir.

Dövlət proqramı kifayət qədər əsaslandırılmış, geniş və hərtərəflidir. Belə ki, burada həmin ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risqlərin idarə olunması, maliyyələşmə mənbələri, prioritetlər və hədəflər öz əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Burada mühüm məqamlardan biri həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət‒özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsidir. Təbii ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəmə malikdir.

2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə start verilmiş, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturum formalaşdırılmağa başlanmışdır. Proqramda bu istiqamətdə daha böyük həcmli işlərin aparılması nəzrdə tutulur. Proqramın qəbul edildiyi vaxtdan keçən müddətdə  ilk “ağıllı kənd” layihəsi uğurla icra olundu. Bütün bu layihələrdə hər bir incə məqam, əhalinin yaşayışı, işlə təmin olunması həssaslıqla nəzərə alınıb. Zəngilanın Ağalı kəndinə köç Böyük Qayıdışın ilk addımlarıdır.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

Azad edilmiş ərazilərdə yüksək həyat səviyyəsinin təmini başlıca prioritetdir

44 günlük Vətən müharibəsində qazanılmış parlaq Zəfərdən sonra qarşıda duran əsas vəzifələrdən birincisi məhz işğaldan azad edilmiş ərazilərin bərpası, həmin yerlərə həyatın yenidən qaytarılması idi. Otuz il ərzində Ermənistanın işğalı altında qalmış kəndlərin, rayonların, şəhərlərin, mədəni-tarixi abidələrin yerlə-yeksan olunması, məhv edilməsi, dağıdılması həmin ərazilərin bərpasına müasir kompleks yanaşmanı tələb edirdi. Bu mənada, təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsasında qəbul olunmuş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə icrasına başlanılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” xüsusi əhəmiyyət kəsb edir.

Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Eləcə də işğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb. Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan prioritetlər “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılıb.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəm daşıyır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” strateji məqsədləri əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyasıdır. İşğaldan azad edilmiş ərazilərdə proqram çərçivəsində aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə həyata keçiriləcək.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

İşğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınmışdır

Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.

Sözügedən Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.

İşğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınmışdır.

Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan prioritetlər “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılmışdır.

Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyətə malikdir.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

İşğaldan azad edilmiş ərazilərdə sistemli tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılmışdır. Sərəncama əsasən, Əlaqələndirmə Qərargahının nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi, həmçinin analitik-təşkilati dəstək göstərilməsi üçün İdarələrarası Mərkəz formalaşdırılmışdır. Bu sahədə işin təşkili məqsədilə Əlaqələndirmə Qərargahının nəzdində müxtəlif dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət və işğaldan azad edilmiş ərazilərin bərpası, habelə yenidən qurulması üzrə məsələlərin operativ həlli məqsədilə işçi qruplar fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 2594 nömrəli Sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyaya işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsinin Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin edilməsi tapşırılmışdır.

İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili məqsədilə inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılmışdır. İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmış, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir.

2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanmışdır.

İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, ocümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

Bu gün işğaldan azad olunan rayonlarımız  üçün yeni dövr, yeni həyat başlayıb

 Azərbaycan  böyük iqtisadi inkişaf potensialına malik olan dövlətdir. Bu gün ölkəmizin bütün bölgələrində sosial infrasturuktur layihələri uğurla icra olunur, şəhərə və kəndlərimizin siması əsaslı şəkildə dəyişir, yeni işyerlərinin açılması və işsizliyin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır. Bütün bunlar Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət kursunun məntiqi nəticəsidir.

Eyni zamanda xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın dünya iqtisadiyyatına uğurlu inteqrasiyası ölkəmizin parlaq gələcəyini şərtləndirən vacib amillərdən biridir. Azərbaycan Beynəlxalq müstəvidə siyasi, iqtisadi və strateji cəhətdən böyük nüfuz sahibi olan ölkədir.

Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.

44 günlük  Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusu düşmənə layiqli və sarsıdıcı zərbə vuraraq 30 il ərzində işğal altında qalan torpaqlarımızı işğaldan azad etdi və tarixi ədalət bərpa olundu.

Tarixi zəfərdən sonrakı dövr ərzində ölkə Prezidentinin müvafiq tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə start verilmişdir. Erməni vandalları 30 illik işğal dövründə şəhər və kəndlərimizi, tarixi mədəniyyət abidələrimizi məhv etmiş, dövlətimizə ciddi maddi və mənəvi ziyan vurmuşdur. Bu gün Azərbaycan dövləti tək başına, daxili maliyyə vəsaitləri hesabına işğaldan azad olunmuş şəhər və kəndlərimizin bərpa işlərini uğurla davam etdirir.

İşğaldan azad olunan ərazilərimizdə yol, dəmiryol nəqliyyatı infrasturukturunun, sənaye parklarının, hava limanlarının və bir sıra strateji əhəmiyyətə malik obyektlərin inşası istiqamətində qısa müddət ərzində böyük işlər görülmüşdür və bu proses bu gündə uğurla davam etdirilir.

Bu gün işğaldan azad olunan rayonlarımız üçün yeni dövr, yeni həyat başlayıb və bu yeni həyatı, yeni nəfəsi və yeni dövrü bəxş edən isə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Yaradılan infrastruktur işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından bəhrələnməyə və həmin ərazilərə insanların qayıdışını təmin etməyə imkan verəcək.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Qəbul olunmuş Dövlət Proqramına əsasən, 2026-cı ilədək, ilk növbədə, ərazilərin minalardan təmizlənməsi və bu bölgədə təhlükəsizliyin tam təmin olunması nəzərdə tutulur.

Zəfər savaşı ilə azad olunan torpaqlarımızda görülən abadlıq-quruculuq işlərinin sürəti və miqyası bütün dünya tərəfindən etiraf olunur. Otuz il ərzində darmadağın edilərək xarabaya çevrilən bölgədə bərpa işlərinin aparılması, ilk növbədə, burada əhalinin məskunlaşmasına xidmət edir. Prosesin məntiqi nəticəsi olaraq Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” coğrafi baxımdan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan əraziləri əhatə etməklə genişmiqyaslı layihələrin icrasını nəzərdə tutur.

Sirr deyil ki, işğal dövründə sərvətlərimizi talayan düşmən şəhər və kəndlərimizi yerlə-yeksan etməklə kifayətlənməmiş, insanlıq əleyhinə növbəti cinayətə əl ataraq ərazilərimizdə kütləvi şəkildə mina basdıraraq ölkəmizə qarşı növbəti xain addım atıb. Şübhəsiz ki, bu da geniş quruculuq prosesinə ciddi maneə yaradıb.

Qəbul olunmuş Dövlət Proqramına əsasən, 2026-cı ilədək, ilk növbədə, ərazilərin minalardan təmizlənməsi və bu bölgədə təhlükəsizliyin tam təmin olunması nəzərdə tutulur. Eyni zamanda, nəqliyyat-yol, rabitə, su, qaz, elektrik, istilik və s. infrastruktur işlərinin yenidən qurulması ilə yeni şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin salınması qarşıya mühüm vəzifə kimi qoyulub. Vətəndaşlarımızın doğma yurdlarına yerləşdirilməsi əsas məqsəd kimi Dövlət Proqramında xüsusi üstünlüklərindən biri də nəzərdə tutulan layihələrdə müasir tələblərin əsas götürülməsi, beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə ixtisaslaşmış şirkətlərin işə cəlb olunmasıdır. Ölkəmizin başçısının birbaşa diqqəti və nəzarəti altında olan Proqram işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialının müasir dünya iqtisadiyyatına uyğunlaşdırılmasını ehtiva edir. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetlərinin nəzərə alınması da məhz bu prinsipdən irəli gəlir. Onu da xatırladaq ki, qarşıya qoyulan məqsədlərə nail olunması üçün bütün dövlət resursları bu istiqamətə cəlb edilib. Bunun üçün lazımi idarəçilik mexanizmləri hələ postmüharibə dövrünün ilk günlərində Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə formalaşdırılmışdı. Belə ki, işğaldan azad edilmiş ərazilərdə təxirəsalınmaz məsələlərin həlli məqsədilə Əlaqələndirmə Qərargahı yaradılmış, bu Qərargahın nəzdində isə düşməndən təmizlənən ərazilərin bərpası, habelə yenidən qurulması üzrə məsələlərin operativ həlli məqsədilə müxtəlif dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qruplar fəaliyyətə başlamışdı.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

Ölkəmiz İlham Əliyevin liderliyi ilə ən qüdrətli mərhələdədir!

Ölkə rəhbərinin yerində verilən qərarları dövlətimiz üçün strateji əhəmiyyət kəsb edən bu proqramın çevik icrasına xidmət göstərən peşəkar idarəetmə sistemi yaratmışdır. Bu baxımdan Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə idarəetməni həyata keçirən xüsusi nümayəndəlikləri formalaşdırılması da böyük əhəmiyyətə malikdir. Məhz eyni prinsiplərə söykənərək bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün Prezidentin fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Dövlət Proqramının icrasının nəticələri yalnız uzun müddət kökün həyatı yaşamış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə məskunlaşması ilə məhdudlaşmır. Bununla yanaşı, enerji infrastrukturunun qurulması və regionun bərpa olunan enerji potensialından səmərəli istifadəsi bütövlükdə ölkəmizin enerji resurslarına böyük töhfə olacaq. Həmçinin torpaq sahələrinin bərpası, becərilməsi, heyvandarlıq təsərrüfatlarının qurulması, müasir suvarma infrastrukturunun formalaşdırılması həm də ölkənin kənd təsərrüfatının inkişafına müsbət təsirini göstərmiş olacaq. Bundan başqa, füsunkar, qeyri-adi təbiətə malik Qarabağımızda turizm sektorunun təşviqi və inkişafı qəbul olunan Dövlət Proqramında qeyd olunub. Bunun da ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyi sirr deyil.

Bu günə qədər görülən və görülməsi nəzərdə tutulan layihələrin reallaşdırılması prosesini Azərbaycan heç bir dövlət, beynəlxalq təşkilatlardan yardım almadan öz imkanları hesabına edir.

Ənənəvi ifadə olunduğu təqdirdə, Azərbaycan həqiqətləri qarşısında “ədalət carçıları”nın eynəksiz gözləri kordur. Gözləri yalnız anti-Azərbaycan platformalarında açılır. Amma biz zəif deyilik. Ölkəmiz İlham Əliyevin liderliyi ilə ən qüdrətli mərhələdədir! Ali Baş Komandan kimi İlham Əliyevin rəhbərliyi altında tarixi torpaqlarımızın azad olunmasını xalq hansı coşqu ilə qarşılamışdısa, bu dəfə Prezident kimi İlham Əliyevin memarlığı ilə nəhəng quruculuq işlərini eyni sevgi ilə seyr edir. Beləliklə, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı bu bölgənin cənnət diyarına çevriləcəyinin xəritəsidir. Bölgənin yüksək rifaha malik əraziyə çevrilməsi istiqamətində böyük işlər görülür. Yolumuz Qarabağadır.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki