image-qanunla-reklam
image-1629275231-129855

47 miqrant buna görə gəmidə aclıqdan ÖLDÜ

image-lady-day-az

Kanar adalarına çatmağa çalışan 50-dək miqrant gəmidə aclıqdan və susuzluqdan ölüb.

Qanunla.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

Müxtəlif Afrika ölkələrindən olan 54 miqrantı daşıyan gəmi avqustun 2-də Mərakeş sahillərindən hərəkət edib. Gəmi səfərə çıxandan bir-iki gün sonra Atlantik okeanında mühərriki sıradan çıxıb. Bir neçə gün sonra gəmidə qida və su ehtiyatı tükənib və miqrantlar bir-birinin ardınca ölməyə başlayıb.

Ötən gün gəmi Mavritaniya sahillərində, Nuadibu şəhəri yaxınlığında sahildə aşkar edilib.

Sahil Mühafizəsinin əməkdaşları gəmidə yalnız 7 nəfərin – bir qadın və altı kişinin sağ qaldığını müəyyən ediblər. Qalan 47 isə nəfər ölüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki