image-qanunla-reklam
image-1689056375_77278

32 aptekdə yoxlama keçirilib, 2-də nöqsan aşkarlanıb

image-lady-day-az

Analitik Ekspertiza Mərkəzi 01.06.2023-30.06.2023-ci il tarixləri ərzində aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumatı açıqlayıb.

Mərkəzdən “Qanunla.az”a verilən məlumata görə, Bakı şəhəri üzrə 27, digər rayonlar üzrə 5 aptek olmaqla, ümumilikdə 32 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.

7 adda, 40 qutu dərman vasitəsi müsadirə edilib, 2 aptekdə nöqsanlar aşkarlanaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə protokollar tərtib edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki