Tarix boyu Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən mənfur qonşularımız zaman zaman ərazilərimizi zəbt etməyə çalışmışlar.XX əsr boyunca Azərbaycanın qərb torpaqlarında və Qarabağ bölgəsində işğallar keçirmişlər.1988-1994-cü illərdə ermənilərin apardığı işğalçılıq siyasəti nəticəsində iyirmi faiz torpaqlarımız düşmən əsarəti altına düşdü.
Ulu öndərimiz Ümumimilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda apardığı siyasətin nəticəsi olaraq Beynəlxalq təşkilatlar Azərbaycanla razılaşmağa məcbur olurdular. Lakin bəzi Avropa dövlətləri riyakarlıq göstərərək 30 il müddətində Azərbaycana qarşı ədalətsiz mövqe tutmuş- lar.Cənab prezident İlham Əliyevin Beynəlxalq təşkilat -lardakı qətiyyətli çıxışları Azərbaycanın haklı olduğunu inandırmışdır.Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmadığını gördükdə müharibə qaçılmaz oldu. Ermənistan rəhbərliyinin Azərbaycana qarşı tutduğu mövqe və cəbhə boyunca tez-tez törədilən silahlı münaqişələr Azərbaycanın səbr kasasını daşırdı. Ali baş komandan İlham Əliyev cənablarının 27 sentyabr 2020-ci ildə bütün cəbhə boyu əks-hücum əməliyyatları əmri Azərbaycanı tarixi qələbəsinə apardı. 44 günlük müharibə Azərbaycan ordusunun və xalqının gücünü bütün dünyaya əyani şəkildə sübut etdi. Bu qələbə Azərbaycanı növbəti qələbələrimizə ruhlandırdı. Artıq Azərbaycan başda Ali baş komandan olmaqla qalib gəlmiş dövlət kimi Beynəlxalq təşkilatlarda və görüşlərdə öz sözünü deyə bilir.
Quliyev Bəhruz Behtulla oğlu
Saatlı rayon Fətəlikənd kənd tam orta məktəbin Tarix müəllimi



















