Qanunla.Az xəbər verir ki,bu sözləri Azəriqaz İB-nin Qadın və İnkişaf şurasının sədri Gülnar Rəhimqızı müəllif yazısında qeyd edib.
Sözügedən yazını təqdim edirik
Daha bir məktəb,Tərtər rayon Cəmilli tam orta məktəbi təbii qazla təhciz olundu.
“Azəriqaz” İB-in baş direktoru cənab Ruslan Əliyevə təşəkkür
M Ə K T U B U
Hörmətli cənab Ruslan Əliyev
Müraciətimizə diqqətlə və operativ reaksiya verdiyinizə görə, Sizə dərin təşəkkürümüzü bildirir, çətin, məsuliyyətli və şərəfli işdə rəhbərlik etdiyiniz Birliyin hər bir əməkdaşına uğurlar diləyirik!
Hörmətli Ruslan müəllim!
Məlumat üçün bildiririk ki, Sizə Cəmilli kənd tam orta məktəbin qazlaşdırılmasında yaranmış problemin aradan qaldırılması ilə bağlı etdiyimiz müraciətə dərhal Birliyin əməkdaşları adekvat cavab verərək yaranmış problemi araşdırıb aradan qalxmasına dəstək oldular.
Hörmətlə: Tərtər rayon Cəmilli kənd ziyalıları.



















