27 rus diplomatı yanvarın 30-da ABŞ-ı tərk edəcək.
Qanunla.Az xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfir Anatoli Antonov bildirib.
“Diplomatlarımız qovulur. Yanvarın 30-da 27 nəfər ailəsi ilə birlikdə bizi tərk edəcək”, – səfir söyləyib.
Onun sözlərinə görə, diplomatların həyat yoldaşlarının akkreditasiyası ləğv edilir, uşaqlarına viza verilmir.
“Reallıqda bizi hələ də rəqib kimi qəbul edirlər. Atmosfer rusofobiya ilə zəhərlənib”, – səfir bildirib.


























