26 avqust – Laçın şəhəri günü.
Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhəri işğaldan azad edilmişdir. 2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1930-cu il avqustun 8-də təşkil edilmişdir, mərkəzi Laçın şəhəridir. Keçmiş Abdallar kənd yaşayış məntəqəsinin adı 1923-cü ildə Laçın adlandırılıb və şəhər statusu alıb. Respublikamızın ən böyük rayonlarından biri olaraq yüksək strateji əhəmiyyətə malik Laçın rayonu 1 şəhər, 1 qəsəbə və 125 kənddən ibarət olub.
1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunaraq rayonun əhalisi etnik təmizləməyə məruz qalıb. İşğal nəticəsində 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya əhəmiyyətli, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə dağıdılıb.
Ermənistanın təcavüzü nəticəsində 30 ilə yaxın müddətdə işğal altında qalmış tarixi torpaqlarımız cənab Prezident İlham Əliyevin uğurlu siyasəti və qəhrəman əsgərlərimizin səyi nəticəsində 44 günlük Vətən müharibəsində işğaldan azad edildi. İşğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Laçın şəhəri ilə yanaşı Zabux və Sus kəndində də artıq məskunlaşma həyata keçirilib. Bu kəndlər tamamilə yenidən tikilərək istifadəyə verilib.Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Laçında da digər azad edilmiş ərazilərimizdə olduğu kimi quruculuq-bərpa işləri ardıcıl, proqramla həyata keçirilir. Burada bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir.
Dövlətimizin başçısı cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi ölkə başçısı cənab İlham Əliyevə minnətdalıq hisiilə qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərinə qayıdışdan qürur və sevinc hissi keçirirlər.
Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri