“Azəriqaz” İB Qadın və İnkişaf Şurasının növbəti qadınlarla görüşü Şəmkir Rqii-də baş tutdu.
Şəmkir Rqii-nin rəisi Elman Qəmbərov Qadın və İnkişaf Şurasının yaranması təşəbbüsünə dəstək verdiyi üçün Birliyin baş direktoru Ruslan Əliyevə təşəkkürünü bildirib.
Şuranın sosial müdafiəsi zəif olan qadınlara dəstək olacağını görüş iştirakçılarının nəzərinə çatdırıb. Sosial məsələlərin həllində dəstəyin verilməsi, yaranmış hər hansı çətinlik və problemlərin səbəblərinin müəyyən edilməsi, aradan qaldırılması istiqamətində təkliflər hazırlanacağını və müvafiq qərarların qəbul edilməsi üçün Birliyin rəhbərliyinə təqdim ediləcəyinidə qeyd edib.
Görüş çərçivəsində Şura tərəfindən qadın əməkdaşlarla fəaliyyətin tənzimlənməsi məqsədi ilə Şəmkir Rqii-nə təyin olunmuş Məhərrəmova Lalənin təqdimatı da reallaşıb.




















