image-qanunla-reklam
image-1595397628_1ec4f_62s594jblw8pqvhir7zy-620x460-1

22 iyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika günüdür

image-lady-day-az

22 iyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika günüdür.

Bu gün Azərbaycan Milli Mətbuatın yaranmasından 146 il ötür. Ölkəmizdə ilk mətbuat orqanının əsası Həsən Bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə qoyulub və “Əkinçi” qəzetinin nəşrə başladığı tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.1875-1877- ci illər ərzində fəaliyyət göstərən qəzetin 56 nömrəsi işıq üzü görüb və “Əkinçi”nin nəşri bütün Qafqazda əks-səda doğurub. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, mütərəqqi ideyaları ilə Çar Rusiyasının hakim dairələrini narahat edib və iki il sonra fəaliyyəti dayandırılıb. Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi”dən sonra bu sahədə xeyli irəlləyişlər müşahidə edilib. XIX əsrin sonlarında“Ziya”(1879), ”Kəşkül” (1880), ”Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğurunda mübarizə aparıblar.Bu gərgin mübarizə nəticəsində “Molla Nəsrəddin”(1906), “Şərqi-rus”(1903), “Həyat”(1905), “Açıq söz”,(1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu ,milli qayəli qəzetlər meydana çıxıb.Azərbaycan öz müstəqilliyini dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib-1998-ci ilin avqustunda senzuranın ləğvi Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.Hazırda respublikada çox sayda müxtəlif qəzet və jurnallar nəşr olunur,online xəbər portalları fəaliyyət göstərir.Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “əkinçi” qəzetinin nəşrə başladığı gün ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.

Nərimanova Ülkər,
Saatlı rayon S.Vurğun adına 1 saylı tam orta məktəbin müəllimi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki