21 avqust tariximizə yazılan növbəti uğur səhifəsidir: “Kəlbəcərlilər dogma yurd-yuvalarına qayıdır, burada yeni həyat başlayır
Azad edilmiş torpaqlarımıza mərhələ-mərhələ soydaşlarımızın qayıdışı Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün müəyyənləşdirilən hədəfə yüksək səviyyədə nail olacağımıza böyük əsas yaradır. Hədəf 2026-cı ilədək 140 min sakinin doğma yurd-yuvasına qayıdışını təmin etməkdir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə 50 mindən çox insan yaşayır. Dövlət başçısı İlham Əliyev Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşündəki çıxışında bu hədəfə də diqqəti yönətdi ki, birinci mərhələdə Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq.
Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın qarşıya qoyduğu hər bir hədəfə zamanında nail olmasıdır. Bugünkü reallıqlarımızı düzgün dəyərləndirmək üçün daim keçilən yola nəzər salmağa bir zərurət duyulur. Prezident İlham Əliyev sözügedən görüşdə 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün gerçəkliklərinə diqqəti yönəldərək bildirdi ki, bizim gücümüz, xalqımızın iqtidarla bir yerdə olması, hərbi Zəfərimiz, cəmiyyətdəki ovqat, vətənpərvərlik ruhu, bütün bu amillər bütün dünyaya göstərdi ki, hər kəs bizimlə hesablaşmalıdır və bizimlə hesablaşmayan nəticədə peşman olur. Azərbaycan güclü ölkədir. Son 80 ildə dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur edən və eyni zamanda, sülhün təminatçısı da Azərbaycandır”.
21 avqust tariximizə yazılan növbəti uğur səhifəsidir: “Kəlbəcərlilər dogma yurd-yuvalarına qayıdır, burada yeni həyat başlayır. Azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcər rayonunda da aparılan bərpa-quruculuq işlərinin miqyası ölçüyəgəlməzdir. Təkcə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 21-də rayona reallaşdırdıqları səfər çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi, həmçinin görülən işlərlə tanış olduğu sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Sakinlərinə qovuşan Kəlbəcər həyanının yeni dövrünə qədəm qoydu. Burada soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri şərait yaradılıb. Bütün işlər müasir tələblər səviyyəsində həyata keçirilir. Cənab İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə bildirdi ki, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Artıq sakinlər birinci yaşayış kompleksində evlərlə təmin olunur, amma inşaat işləri bununla bitmir”.
Hər bir əlamətdar gün dünənə baxış əsasında gələcəklə bağlı prioritetlərin müəyyənləşdirilməsini bir tələbə çevirir: “Bu gün tarixi Zəfərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanın uğurlarından bəhs edirik. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan ölkəmizin hazırda beynəlxalq münasibətlər sistemində yeri və rolu göz qabağındadır. Bu günlərdə Vaşinqtonda tarixi sülh razılaşması bütün bu məqamlara işıq saldı.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc