image-qanunla-reklam
image-643473285_1469818921164548_5662317495045113880_n

2026-cı il fevralın 26-da — Xocalı soyqırımının 34-cü ildönümündə — tarixi bir hadisə baş verdi

image-lady-day-az

2026-cı il fevralın 26-da — Xocalı soyqırımının 34-cü ildönümündə — tarixi bir hadisə baş verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində yenicə tikilmiş Xocalı Soyqırımı Memorial Kompleksinin açılışını etdi. Bu kompleks yalnız bir abidə deyil, xalqımızın əyilməz ruhunun, dönməz iradəsinin və tarixi ədalət uğrunda mübarizəsinin təcəssümüdür. Memorial kompleksinin təməli 2024-cü il fevralın 26-da Prezident İlham Əliyev tərəfindən qoyulub. 2025-ci il fevralın 25-də isə dövlət başçısı “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzalayıb. Prezident İlham Əliyev açılış mərasimində bildirdi: “Bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq” Bu sözlər yalnız bir proqnoz deyil, xalqımızın keçmişə, bu günə və gələcəyə münasibətinin ifadəsidir.

Xocalı Soyqırımı Memorial Kompleksi XX əsrin sonunda baş vermiş ən dəhşətli faciələrdən birinin — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 dinc sakinin, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahılın qətlə yetirildiyi soyqırımın — xatirəsinə ucaldılıb.

Bu memorial kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunun bir çox cəhətlərini görürük: Xocalı faciəsindən 34 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı bu faciənin yaddaşlardan silinməməsi üçün mübarizə aparıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası bu günədək davam edir. Artıq 18 ölkənin qanunverici orqanı, ABŞ-ın 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Memorial kompleksin açılışı yalnız mədəni hadisə deyil, həm də ərazi bütövlüyümüzün bərpasının təntənəsidir. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatı nəticəsində Xocalı işğaldan azad edildi .2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldıldı və bu torpaqlar əbədi olaraq öz sahiblərinə qovuşdu. Azərbaycan yalnız torpaqlarını azad etməklə kifayətlənmədi. Eyni zamanda soyqırımı törədənlər məhkəmə qarşısına çıxarıldı. Separatçı rejimin rəhbərləri və yüksək rütbəli hərbçilər layiq olduqları cəzaları aldılar. Bu, əyilməz ruhun ən bariz nümunəsidir — cinayətkarlar cəzasız qalmadı!

 

Vasif Məmmədov-Təzəkənd kənd sakini, Vətən müharibəsi iştirakçısı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki