image-qanunla-reklam
image-1735451933_ilham-serencam-3

2025-ci il – “Konstitusiya və Suverenlik İli”

image-lady-day-az

2025-ci il – “Konstitusiya və Suverenlik İli”

Ölkəmizdə 2025-ci il Prezident cənab İlham Əliyevin imzaladığı 28 dekabr 2024-cü il tarixli Sərəncama əsasən “Konstitusiya və Suverenlik İli” elan edilib. Məhz bu il müstəqil Azərbaycanın  ilk Konstitusiyasının (Əsas Qanunu) qəbul edilməsinin 30 illiyi və 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəmizin 5-ci ildönümüdür.

Dövlətimizin başçısının 11 fevral 2025-ci il tarixində imzaladığı növbəti Sərəncamla respublikamızda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib. Sənəddə ilin sonunadək müxtəlif istiqamətlərdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Azərbaycanın Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıllıqla həyata keçirilən siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Dövlətimizin başçısı tərərfindən ümummilli hədəflər müəyyənləşdirilir və milli güc qarşıya qoyulan məqsədlərə çatdırılmasına səfərbər edilir. Prezident cənab İlham Əliyev İkinci Qarabağ müharibəsindən əvvəlki mərhələdə ərazi bütövlüyümüzün təmin edilməsini ölkənin gündəliyinin mərkəzində saxlanılmasına nail oldu. Bu məqsədlə iqtisadiyyat gücləndirildi, müasir Ordu quruldu, vətənpərvər ruhlu gənclər yetişdirildi. Bütün bunlar da 2020-ci ildə apardığımız 44 günlük ədalətli müharibədə şanlı Zəfərimizi şərtləndirən əsas amillər qismində çıxış etdi. Bununla belə, müharibə başa çatdıqdan sonrakı mərhələdə məğlub Ermənistanın üçtərəfli Bəyanatın şərtlərini pozmaqla silahlı qüvvələrinin təxminən 15 minlik kontingentini ölkəmizin ərazisində  saxlaması qəbuledilməz idi. Separatçı rejimin nəzarətində olan ərazilərimizdə tez-tez təxribatlar törədilirdi. Bu, açıq-aşkar Konstitusiya quruluşunun, suverenliyin pozulması demək idi ki, Azərbaycan dövləti bununla barışa bilməzdi və barışmadı da. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri Azərbaycan Ordusunun gücünün növbəti təzahürü oldu. Cəmi bir gün davam edən antiterror tədbirlərinin nəticəsi olaraq separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar.

Qarabağ ərazisində suverenliyimiz lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq tam təmin ediləndən sonra Azərbaycan cəmiyyəti Xankəndidə və digər ərazilərimizdə bayrağımızın ucaldılmasını səbirsizliklə gözləyirdi. Nəhayət, o şərəfli və tarixi gün də gəldi. Nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident cənab İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızın ucaldılmasının sevincini bizlərə tarixi gündə – Onun Prezident seçilməsinin 20-ci ilinin tamam olduğu 15 oktyabr 2023-cü ildə yaşatdı. Oktyabrın 15-də Prezident cənab İlham Əliyev üçrəngli bayrağımızı, həmçinin Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində də ucaldıb.

Ölkənin bütün ərazisində Konstitusiya quruluşunun və suverenliyin tam bərpa edilməsi tarixi nailiyyətdir. Bütövlükdə 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan qələbələr son 200 illik tariximizin ən parlaq səhifələrin təşkil edir. Bu qələbələr tariximizdə əbədi qalacaq və həmişə də qürur mənbəyimiz olacaq.  Vurğulamaq yerinə düşər ki, Prezident cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən ölkəmizdə hər il 20 sentyabr Dövlət Suverenliyi Günü kimi qeyd edilir.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki