image-qanunla-reklam
image-242388_6buumkg6tz-780x470-1

2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi

image-lady-day-az

2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi

2020-ci il oktyabrın 25-i Azərbaycan tarixində əbədi iz buraxan qürur günlərindən biridir. Həmin gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qubadlını işğaldan azad etdi. Cənab Prezident İlham Əliyev bu tarixi hadisəni belə qiymətləndirmişdi:
“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.”

Bu sözlər 44 günlük Vətən müharibəsinin dönüş nöqtələrindən birinə çevrilən Qubadlının azad edilməsinin həm strateji, həm də mənəvi mahiyyətini ifadə edir. Qubadlı uğrunda döyüşlər çətin relyefdə, düşmənin möhkəmləndirilmiş istehkamlarına qarşı aparılsa da, Azərbaycan əsgəri yüksək peşəkarlıq və fədakarlıq göstərdi. Əvvəlcə şəhərə nəzarət edən strateji yüksəkliklər ələ keçirildi, Xanlıq, Padar, Sarıyataq və ətraf kəndlər azad olundu. Bunun ardınca oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini tam azad etdi.

Nəhayət ədaləti bərqərar etməyin zamanı gəldi. 2020-ci il payızında Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 30 illik ədalətsizliyə son qoydu. Qubadlı ilə birlikdə rayonun 41 kəndi azad edildi.

Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əməyi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, Prezident cənab İlham Əliyev 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalını təsis etmişdir. 15 min 189 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə medalı ilə təltif olunub.

Bu gün Qubadlı özünün yeni inkişaf dövrünü yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 23 dekabr 2020-ci il tarixdə Qudadlı rayonuna ilk səfəri zamanı Dövlət Bayrağını şəhər ərazisində ucaltmışdır. Ölkə başçısı rayona digər səfərləri zamanı çoxsaylı təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Ölkə başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmiş və sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunmuşdur.

 

Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki