2003-2018-ci illər yol və nəqliyyat infrastrukturunun sürətlə inkişaf edən dövrüdür.
Son illər ölkəmizdə ictimai həyatın bütün sahələrində əldə edilən dinamik inkişaf respublikamızın geosiyasi əhəmiyyətini xeyli artırmışdır. Ötən illər ərzində Azərbaycanda nəzərdə tutulan bütün infrastruktur layihələri, sosial proqramlar yüksək səviyyədə reallaşdırılıb, o cümlədən sosial infrastrukturun mühüm sahələrindən sayılan yol və nəqliyyat infrastrukturunun yenidən qurulması, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə təmiri ilə bağlı layihələr uğurla davam etdirilib. Paytaxtda və regionlarda bu sahədə şox böyük işlər görülüb Regionlarda yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması istiqamətində işlər bu gün də davam etdirilir. Ölkəmizdə bütün sahələrdə müşahidə olunan uğurlar yol-nəqliyyat kompleksinin inkişafında da qabarıq nəzərə çarpır. Qeyd edək ki, 2003 -2018 – ci illər ərzində regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları çərçivəsində Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu qurulmuş və irimiqyaslı layihələr icra olunmuşdur. Ölkəmizin hər yerində – paytaxtımızda, eləcə də regionlarda kənd və qəsəbələri birləşdirən yolların təmirinə və yenidən qurulmasına ayrılan diqqətin nəticəsidir ki, bu gün yol şəbəkəsi genişlənir, infrastruktur təzələnir və müasirləşir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, ötən müddət ərzində beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, daxili yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq, müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub. Nəqliyyat sisteminin mühüm sahələrindən biri də hava nəqliyyatıdır. Son illər ərzində Respublikada 7 aeroport tikilib və ya yenidən qurulub. Hal-hazırda Azərbaycanda altı beynəlxalq (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala ) və bir yerli (Yevlax) əhəmiyyətli aeroport mövcuddur. “Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil” – deyən Azərbaycan Respublikasının Prezidentinin regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarını təsdiqləyərkən başlıca hədəfi xalqımızın həyat səviyyəsini yüksəltmək, müstəqil Azərbaycanın çiçəklənməsinə xidmət göstərməkdir.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru – Vəfa Bayramova



















