“20 YANVAR HADİSƏLƏRİ İLƏ ƏLAQƏDAR İLK RƏSMİ ETİRAZ ULU ÖNDƏR HEYDƏR ƏLİYEV TƏRƏFİNDƏN SƏSLƏNDİRİLMİŞDİR.”
Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir.
19.01.2022-ci il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab nümayəndəliyinin birgə təşkilatçılığı ilə Mərkəzin 2022-ci il Tədbirlər Planına əsasən 20 yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş « 20 yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir » mövzusunda tədbir keçirilib.
Tədbirdə müxtəlif idarə və təşkilatların nümayəndələri, rayon 1 saylı məktəb-liseyin, 4 saylı orta və Qaravəlli kənd tam orta məktəbin pedaqoji və şagird kollektivləri iştirak ediblər.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sPözü ilə açan Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıb.
« 20 yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir » mövzusunda məruzə ilə çıxış edən Könül xanım Ulu Öndər Heydər Əliyevin faciədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdiyini, SSRİ rəhbərliyinin Bakıya qoşun yeridilməsi haqqındakı qərarını insanlığa, demokratiyaya və konstitusiyaya zidd addım kimi qiymətləndirərək bu faciəni törədənlərin cəzalandırılmasını tələb etdiyini iştirakçıların diqqətinə çatdırıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab nümayəndəliyinin direktoru Vüsal Yusifov “20 Yanvar hadisələri Azərbaycan xalqını müstəqillik uğrunda daha mətin vuruşmağa sövq etdi” adlı məruzəsində 20 Yanvar faciəsinin tarixi xronologiyasını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Azərbaycan xalqının misilsiz qəhrəmanlığından, sovet ordusunun öz azadlığı uğrunda mübarizəyə qalxan silahsız insanlara qarşı törətdiyi hərbi cinayətdən söz açıb.
Tədbirdə çıxış edən Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ləman Səfəriəliyeva sovet ordusunun 20 Yanvar hadisələrində dinc əhaliyə qarşı törətdiyi hərbi cinayətdən danışıb, xalqımızın müstəqillik uğrunda göstərdikləri qəhrəmanlıq mübarizəsindən bəhs edib.
Sonra Qaravəlli kənd tam orta məktəbinin tarix müəllimi Xəyalə Abdulxalıqova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ucar şöbəsinin əməkdaşı Sədi Hüseynov çıxış edərək 20 Yanvar hadisələrinə ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini bildiriblər, Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf edən Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasının vacibliyindən bəhs ediblər.
Tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi Xanım İmanova “20 Yanvar faciəsi və Heydər Əliyevin prinsipial mövqeyi” mövzusunda məruzə ilə çıxış edərək 32 il öncə baş verən 20 Yanvar hadisələrinə qısa nəzər salıb. Ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqın dinc etirazının qəddar şəkildə boğulmasını insanlıq əleyhinə cinayət kimi qiymətləndirərək, bu yolda canlarından keçən mübariz oğul və qızların sayəsində dövlətimizin müstəqilliyə qovuşduğunu vurğulayıb.
Tədbirdə “20 yanvar-qanlı və şanlı gecə” başlıqlı sərgi nümayiş olunub.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş olunub.




















