image-qanunla-reklam
image-273028140_415733737017400_637837672067751043_n

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başayıb-Elnur Allahverdiyev

image-lady-day-az

Qanunla.Az xəbər verir ki,bu sözləri Millət Vəkili Elnur Allahverdiyev müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:

Hər il fevralın 2-də Azərbaycanda Gənclər Günü qeyd olunur. Bu günün əlamətdar günlər siyahısına düşməsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ildə Ulu öndər tərəfindən Azərbaycanda dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıb. 1996-cı ilin 2 fevralında gənclərin 1-ci forumu keçirilib. 1997-ci ildən isə Prezident Heydər Əliyevin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başayıb.
Dünyada Gənclər Günü beynəlxalq gün kimi hər il avqustun 12-də qeyd olunur. Bu günün təsis edilməsi barədə qərar 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda qəbul olunub. Göründüyü kimi, Azərbaycanda Gənclər Günü Beynəlxalq Gənclər Günündən bir yaş böyükdür. Bu, Azərbaycanda gənclərə və gənclər siyasətinə verilən yüksək önəmin göstəricisidir. Eyni zamanda, Azərbaycan MDB dövlətləri və Şərqi Avropa ölkələri içində bu günü ayrıca şəkildə qeyd edən ilk ölkədir.
Gənclər və gənclik siyasəti Prezident İlham Əliyev tərəfindən fəal şəkildə davam etdirilir. Qəbul edilmiş dövlət proqramları, Gənclər Fondunun yaradılması və Gənclər üçün Prezident Mükafatının təsis edilməsi gənclərə yönəlik dövlət siyasətinin bariz nümunəsidir.
Bu gün Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatında təhsildə və partiyamızda fəallıqları ilə seçilən gənclərimizlə görüşdük. Azərbaycanda gənclərə dövlət qayğısından, yeni nəslin nümayəndələrini maraqlandıran və narahat edən məsələlər ətrafında fikir mübadiləsi apardıq. YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevlə birlikdə fəal gənclərimizi təltif etdik.

image-273028140_415733737017400_637837672067751043_n image-273029513_415733810350726_4660243677227308756_n image-272838283_415734193684021_8152937398296979829_n_637793295199221443 image-272834260_415734063684034_6411153221811842870_n image-272864473_415734237017350_2267888581487173717_n image-272908855_415734273684013_9162103470058250186_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki