image-qanunla-reklam
image-2fevral

2 Fevral – Azərbaycan Gəncləri Günü

image-lady-day-az

2 Fevral – Azərbaycan Gəncləri Günü

2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə gənclər siyasətinin formalaşmasının və ardıcıl inkişafının rəsmi əsaslara söykəndiyi mühüm tarixlərdən biridir. 1996-cı il 2 fevral tarixində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş I Azərbaycan Gənclər Forumu dövlət–gənclər münasibətlərinin yeni mərhələsinin başlanğıcı olmuşdur. Məhz bu forumun nəticəsi olaraq 2 fevral tarixi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Gəncləri Günü kimi təsis edilmişdir.

Azərbaycan Respublikasında gənclər siyasəti Konstitusiya, dövlət proqramları, fərman və sərəncamlar əsasında həyata keçirilir. Gənclərin sosial-iqtisadi inkişafı, təhsilə çıxış imkanlarının genişləndirilməsi, məşğulluğunun təmin olunması, sağlam həyat tərzinin təşviqi və vətənpərvərlik ruhunda tərbiyəsi dövlətin əsas prioritet istiqamətlərindəndir.

Bu gün Azərbaycan gəncliyi dövlət tərəfindən yaradılmış imkanlardan səmərəli istifadə edərək beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir, elmi, idman və mədəni nailiyyətlərə imza atır. Gənclərin ictimai-siyasi proseslərdə fəallığı, könüllülük hərəkatında iştirakı və sosial təşəbbüsləri cəmiyyətin inkişafına mühüm töhfə verir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və biz gənclər bu siyasətin real nəticələrini hər addımda hiss edirik.

Bu gün Azərbaycan gənci artıq passiv müşahidəçi deyil. Biz cəmiyyətin içindəyik, proseslərin bir hissəsiyik, qərarların formalaşmasında söz sahibiyik. Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə neçə illik həsrətə son qoyan, tarixi ədaləti bərpa edən, dünya hərb tarixində şücaətləri ilə seçilən Azərbaycan gəncliyi, vətənimizin düşmən tapdağından azad olunmasında böyük hünərlə iştirak etdiyi kimi, post müharibə dövründə həyata keçirilən abadlıq, qurucluq və bərpa işlərində yaxından iştirak edərək ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bütün bunlar göstərir ki, Azərbaycan gəncliyi öz üzərinə düşən məsuliyyəti dərindən dərk edir, müstəqil, qüdrətli ölkəmizin inkişafı, rifahı naminə var gücü ilə çalışır

Müasir dövrdə gənclərin üzərinə düşən əsas vəzifə dövlətçilik prinsiplərinə sadiq qalmaq, milli maraqları qorumaq və müstəqil Azərbaycanın davamlı inkişafına töhfə verməkdir. Güclü dövlətin əsasında güclü və savadlı gənclik dayanır.

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün Azərbaycan gənclərini təbrik edir, onlara təhsil və fəaliyyətdə uğurlar, Vətənimiz naminə məsuliyyətli və fəal mövqe arzulayıram.

Kamal Xəlilov – Zərdab Gənclər evi, dərnek rəhbəri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki