image-qanunla-reklam
image-c764508e0e0cc1ab6a8a7c704a1bc2d0

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb

image-lady-day-az

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb.

Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra məhdud imkanlardan xalqın xeyrinə istifadə etmək, diqqəti cəlb etmədən milli-mənəvi oyanışa kömək göstərmək üçün addımlar atmağa başladı. Müdrik rəhbər böyük uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının, parlamentin işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanışı siyasətinin reallaşmasına yönəltdi. Partiya lideri olmaqla bərabər o, həm də SSRİ Ali Sovetinin (VIII-IX çağırışlar) deputatı, onun yuxarı palatası olan İttifaq Sovetinin sədr müavini (IX çağırış), habelə Azərbaycan SSR Ali Sovetinin (VII-X çağırışlar) deputatı və rəyasət heyətinin üzvü kimi geniş dövlətçilik fəaliyyəti göstərirdi. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi – Sov.İKP MK və SSRİ Nazirlər Soveti Azərbaycanın iqtisadi inkişafı üçün olduqca böyük əhəmiyyətə malik beş mühüm qərar qəbul etdi. Onların hər biri Azərbaycanın xalq təsərrüfatının inkişafına ittifaq fondundan külli miqdarda vəsait ayrılması ilə bağlı idi. Heydər Əliyevin həyata keçirdiyi kadr siyasəti bütün sahələrdə olduğu kimi, qanunvericilik orqanına da ən bacarıqlı və layiqli adamların seçilməsinə imkan yaratdı. Ali Sovetin işi xeyli fəallaşdı, yeni daimi komissiyalar yaradıldı, onların səmərəli işləməsi üçün tədbirlər görüldü. Azərbaycan parlamenti respublikanın iqtisadi, mədəni inkişafı üçün hüquqi baza yaradan onlarca qanun qəbul etdi. Heydər Əliyev respublikada qanunçuluğun hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlərin təşəbbüsçüsü oldu.
1970-ci illərdə və 1980-ci illərin əvvəllərində qanun məcəllələrinə əlavə və dəyişikliklər edildi. Azərbaycanda məhkəmə quruluşu, səhiyyə, dövlət notariatı, xalq təhsili, tarix və mədəniyyət abidələrinin qorunması, Nazirlər Soveti, xalq deputatları sovetləri haqqında qanunlar, Torpaq, Əmək, İnzibati hüquq pozuntuları, Ailə və Nikah Məcəllələri qəbul edildi. Heydər Əliyev Azərbaycanın suveren hüquqlarının pozulmasına yönələn bütün cəhdlərin qarşısını vaxtında, qətiyyətlə alırdı. SSRİ-nin 1977-ci ilin oktyabrında qəbul olunmuş Konstitusiyası hazırlanarkən ermənilərin belə cəhdləri xüsusən artmışdı və yalnız Heydər Əliyevin SSRİ rəhbərləri qarşısında qoyduğu qəti tələblər nəticəsində o vaxt Dağlıq Qarabağın statusu məsələsinə baxılmadı. Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən Konstitusiya Komissiyasının hazırladığı və 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR-nin yeni Konstitusiyası mövcud olan məhdud imkanlar daxilində xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirdi. Azərbaycan dili respublikada dövlət dili statusu aldı. “Qoy ədalət zəfər çalsın!” – o zaman Heydər Əliyevin söylədiyi və bütün işlərinin mahiyyətini təşkil edən bu sözlər xalqın dilində şüara çevrildi.

 Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir.

İlk bəndi “Dövlət hakimiyyətinin ye­ganə mənbəyi Azərbaycan xalqıdır” müddəası ilə başlanan 1995-ci il Kons­titusiyamız barədə danışarkən xüsusilə qeyd edilməli məqamlar ondan ibarət­dir ki, bu əsas qanunumuz parlamentin qərarı ilə deyil, xalqın referendumda verdiyi səslə qəbul edilmişdi. Daha bir önəmli məqam Əsas Qanunda Azər­baycanın dövlət quruculuğunun əsas­ları müəyyən edilmiş, respublikamız demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritet olduğu və hakimiyyət bölgü­sünü özünün gələcək inkişaf yolu kimi seçməsi idi. 1978-ci il Konstitusiyasın­dan fərqli olaraq yeni Konstitusiyada qanunvericilik hüququ ancaq Milli Məc­lisə verilir. Bir palatalı parlament olan Milli Məclisin əsas funksiyası qanun ya­radıcılığı ilə məşğul olmaqdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qə­bul olunduğu gün — noyabrın 12-si hər il Azərbaycan Respublikasının Konsti­tusiyası Günü kimi qeyd olunur. 1995-ci il noyabrın 27-dən qüvvəyə minmiş həmin Konstitusiyaya 2002-ci il avqustun 24-də , 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) bəzi dəyişikliklər edildi. Bu dəyişikliklər barədə. Ulu öndər hələ 1995-ci ilin yayında demişdi ki, gənc müstəqil Azərbaycan dövlətinin həya­tında baş verən proseslərin yaradacağı yeni çağırışlara cavab olaraq, Konsti­tusiyamızda ümumxalq səsverməsi ilə dəyişikliklər edilə bilər.

Bu sənədin preambulasında deyilir ki, yeni Əsas Qanun bizim qarşımız­da Azərbaycan dövlətinin müstəqilliyi­ni, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edil­məsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək və nəhayət, ümumbəşəri dəyərlərə sadiq dünya xalqları ilə dostluq, sülh və əmin-aman­lıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək vəzifələ­rini qoyur. Bütün soydaşlarımız kimi, biz də Əsas Qanunumuzun Birinci fəslinin bi­rinci bəndi ilə fəxr edirik: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”. Beynəlxalq aləmdəki dostlarımız Azərbaycan haqqında danışarkən fəxr­lə yada salırlar ki, bu dövlətin Konsti­tusiyasının 47 maddəsi əsas insan hüquq və azadlıqlarının qorunmasını tələb edir. Bu isə ədalətli cəmiyyətin, obyektiv idarəetmənin və demokratik quruluşun təzahürüdür. Məhz bu keyfiyyətlərinə görə, Azər­baycan Konstitusiyası bizi uğurlardan uğurlara aparır. Fikrimcə, bizim otuz il davam edən işğala son qoya bilmə­yimiz də məhz ədalətli cəmiyyətin, obyektiv idarəetmənin və demokratik quruluşun mövcudluğunun nəticəsi idi. Həmin dəyərlər mövcud olmasay­dı, xalq–iqtidar birliyi də yaranmazdı, xalq–ordu vəhdəti də. Həmin birliyin sayəsində biz ölkəmizin ərazi bütövlü­yünü də bərpa etdik, bütün torpaqlar üzərində suverenliyimizi də.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Müstəqil dövlətin yeni Konstitusiyası

Müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının müəllifi Ulu Öndər Heydər Əliyev olub. Bu tarixi fakt 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlətin əsas Qanununu qəbul edə bilməməsinə əsaslanır. Bu səbəbdən Azərbaycanda Konstitusiya quruluşunun formalaşması yalnız sovetlər dönəmində, respublikamızın hüquqi cəhətdən SSRİ-nin, faktiki olaraq isə Rusiyanın tərkibində olduğu dövrdə baş vermişdir. Ölkənin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. 1925-ci ilin mart ayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martında respublikanın yeni Konstitusiyası qüvvəyə minib. Sonuncu dəfə 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub. Burada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir. Həmin Konstitusiya 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub. Ulu Öndər Konstitusiya layihəsinin hazırlanması işinin məsuliyyətini vurğulayaraq belə demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.” Ümummilli Liderimizin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında olan ən önəmli xidmətlərindən biri də məhz müstəqil dövlətimizin Konstitusiyasının hazırlanması olub. İlk Konstitusiyamızın layihəsi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən hazırlanmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumun nəticələrinə əsasən dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. 2020-ci ildən etibarən Azərbaycan xalqı bu bayramı artıq daha yüksək ruhla, qalib ölkə və qalib xalq olaraq qeyd edir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz bizə bu qüruru bəxş etdi. Həmin ilin sentyabr-noyabr aylarında Azərbaycanın Silahlı Qüvvələri 44 gün ərzində ədalətlə apardığı və tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq Ermənistanı özünün faktiki kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu tarixi hadisə Konstitusiya Günündən iki gün öncə, noyabr ayının 10-da baş Verdi. Ölkə Prezidenti cənab İlham Əliyev dövlətimizin Əsas Qanunu barəsində belə deyib: “Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.

Zərdab gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki