1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb.
Laçın Azərbaycanın qədim şəhərlərindən biridir. Laçının tarixi lap qədim dövrlərdən başlanır. 1828-ci ildə II Rusiya-Qacarlar müharibəsindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən bölgə Şimali Azərbaycanın tərkibində Rusiya imperiyasına birləşdirilib. Azərbaycanda xanlıqlar ləğv olunduqdan sonra Laçın bölgəsi Qarabağ əyalətinə qatılıb.1868-ci ildən isə bölgə yeni yaradılan Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə daxil edilir. Bölgə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin, 1920-1991-ci ildə Azərbaycan SSR-in tərkibində olmuşdur.
1905-1907 və 1918-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində erməni quldur dəstələrinin törətdiyi qırğınlar nəticəsində yarım milyona yaxın türk- müsəlman həlak olmuşdur. AXC yaradıldıqdan sonra Qarabağı və Zəngəzuru ələ keçirmək məqsədilə ermənilərin cəhdləri davam edir. Bu istiqamətdə səy göstərən erməni generalı Andronik Ozanyanın bir neçə minlik dəstəsi Laçının nüfuzlu şəxslərindən olan Sultan bəy Sultanov tərəfindən Laçın-Zabux yolundakı dərədə pusquya salınıb məhv edilir. Yalnız bir neçə nəfər erməni, Andronik daxil olmaqla, qaçıb canını qurtara bilir.
1920-ci ildə bölgə Sovet Rusiyasının XI Qırmızı Ordusu tərəfindən işğal olunur.
1920-ci il noyabrın 30-da Zəngəzur qəzası iki yerə bölündü və onun 6742 kv.verstlik ərazisindən 3105 kv.versti, Laçın da daxil olmaqla Azərbaycan SSR-in tərkibində qaldı. 3637 kv.verstlik hissəsi isə Ermənistana verildi. Azərbaycan SSR-in tərkibində qalan hissə Şuşa qəzasına daxil edildi.
1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.
Azərbaycanın əzəli rayonu olan Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Azərbaycan Respublikasının ecazkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqaz dağları silsiləsində yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Yadelli düşmənlə sərhəddə yerləşmək zamanla Laçının müsibətlər yaşamasına səbəb olmuşdur. Kiçik Qafqaz dağlarının qartalı Laçın rayonu, zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri