image-qanunla-reklam
image-fuzuli_city_160823

17 oktyabr – Füzuli şəhəri günü ilə əlaqədar

image-lady-day-az

17 oktyabr – Füzuli şəhəri günü ilə əlaqədar

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunması tariximizin acı səhifələrindən biri idi. Coğrafi mövqeyinə görə, Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. Füzuli rayonunun işğaldan öncə tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur.

44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, illərlə doğma yurd-yuva həsrətində olan insanların ən ümdə arzularını gerçəkliyə çevirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz “dəmir yumruq” la düşmənin başını əzdi. Bütün təzyiqlərə, təxribata sövq edən bütün təhriklərə baxmayaraq öz xalqına, öz ordusuna inanan və öz qətiyyətinə, iradəsinə əmin olan dövlət başçımız cənab İlham Əliyev bizlərə qürur mənbəyimiz olan Böyük Qələbəni bəxş etdi. Məhz bu Qələbə nəticəsində Füzuli şəhərinin və 61 kəndin mənfur düşməndən azad edilməsi  doğma torpaqlarından didərgin düşmüş, illərlə ata-babalarının, yaxınlarının məzarlarını belə ziyarət edə bilməyən  füzulilərin  el-oba həsrətinə son qoydu.  Dağıdılmış, viranəyə çevrilmiş, yandırılmış, erməni vandalizminin  bütün dünyaya ən bariz sübutu olan torpaqlarımızın hər qarışı bizim üçün doğmadır, əzizdir. Ən böyük təsəllimiz isə  şəhidlərimizin qanı bahasına qaytarılan torparlarımızda dövlətimiz tərəfindən  gülüstanlar  yaradılır. Ölkə başçımız cənab İlham Əliyevin sözləri ilə desək, Qarabağı cənnətə çevirəcəyik. Sevindirici haldır ki, Füzuli rayonuda  irimiqyaslı layihələrin icrası uğurla həyata keçirilməkdədir. Cəmi səkkiz ay ərzində inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı Qarabağın logistik əhəmiyyətini davam etməkdədir. Füzuli-Şuşa və Füzuli-Hadrud avtomobil yolunun, Horadiz-Ağbənd  dəmir yolu xəttinin çəkilişi uğurla davam etdirilir. Torpaqlarımızın azad edilməsindən 5 il keçməsinə baxmayaraq, dövlət başçımız cənab İlham Əliyevin  bu bölgələrə səfərlər etməsi və qətiyyətli çıxışları, aparılacaq tikinti-quruculuq işlərinə nüfuzlu şirkətlərin cəlb olunması, regional  xarakterli layihələrin icrasına başlanması yeni azad edilmiş bölgələrimizin gələcək inkişafından, camaatımızın rifahının daha da yüksələcəyindən  xəbər verir. Həyata keçirilən infrastruktur layihələr rayonumuzun iqtisadi gücünü və srtrateji əhəmiyyətini artıracaq, əhalinin işlə təminatına şərait yaradacaqdır.

2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25.325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.  Biz 30 il işğal altında olan torpaqlarımızın azad edilib Qələbə qüruru bəxş etdiyinə və  eyni zamanda göstərdiyi bütün  diqqətə, qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk.

 

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Bahar Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki