image-qanunla-reklam
image-369190_m29rjwo3yn

17 Oktyabr – Füzuli şəhəri günü

image-lady-day-az

17 Oktyabr – Füzuli şəhəri günü

17 oktyabr Füzuli şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin beşinci ildönümüdür. 2020-ci ilin oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan təmizlənib.  Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi ölkəmizdə Füzuli şəhəri günü kimi qeyd olunur.

Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizgüşəli Şeyx Babi Yaqub (XIIIəsr) türbəsini, Aşağı Veysəlli kəndində XI əsrə aid  Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbirstanlığının ərazisində sənduqə formalı qəbir daşının üzərindəki türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar. Qarğabazar kəndində Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə Qiyasəddin məscidi yerləşirdi.Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdı. Erməni işğalı zamanı Füzuli rayonunun tarixi abidələri də  digər yaşayış məntəqələrilə yanaşı vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib. Füzuli işğaldan azad olunduqdan sonra Prezident cənab İlham Əliyev ilk dəfə 2020-ci ilin noyabrın 16-da birinci xanım Mehriban Əliyeva ilə Füzulidə olublar. O zaman Prezident cənab İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş vermişdir. Artıq bu yol tikilib istifadəyə verilmişdir. Həmin səfər zamanı Prezident cənab İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırmışdır. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırmışdır. Cənab Prezident demişdir ki, dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir: “Bizim bütün hərbçilərimiz, Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik. İndi müvafiq göstərişlər verildi, planlı şəkildə bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri – həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var”. Bugün də Füzuli rayonunda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. yenidən öz həyatını yaşayır.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki