image-qanunla-reklam
image-media-fb_img_1757938673630-i5fcpxs1g648nuey02tk

15 sentyabr – Bilik Günü münasibətilə Zərdab rayon İsaqbağı kənd tam orta məktəbində tədbir keçirilib

image-lady-day-az

15 sentyabr – Bilik Günü münasibətilə Zərdab rayon İsaqbağı kənd tam orta məktəbində tədbir keçirilib.

İlk öncə məktəbin həyətində kənd şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunaraq əziz şəhidlərimiz ehtiramla yad edilib.
Məktəbin direktoru Dayangül Vəliyeva Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbiri açıq elan etdikdən sonra Ulu Öndərimiz Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xeberaz.info” tədbirdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev 15 sentyabr – Bilik Günü münasibəti ilə müəllim və şagirdləri təbrik edərək, təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs edib. Bildirib ki, ölkəmizdə yeni tədris ilinin başlanması hər bir ailə üçün bayram xarakteri daşıyır və gələcək nəslin bilikli, savadlı böyüməsi Azərbaycanın gələcək uğurlarının əsasını təşkil edir. Ulu Öndər Heydər Əliyevin həmişə təhsili dövlət siyasətinin prioritet istiqaməti kimi qiymətləndirməsindən bəhs edən İlkin Əliyev, dahi şəxsiyyətin ‘Təhsil millətin gələcəyidir’ kəlamının bu gün də hər birimiz üçün əsas yol göstəricisi olduğunu, bu strateji xəttin Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə müasir məktəblərin tikildiyini, müəllimlərin sosial vəziyyətinin daha da yaxşılaşdırıldığını, şagirdlərin bilik qazanması üçün ən əlverişli şərait yaradıldığını qeyd edib.
Tədbirdə digər çıxış edən Aprel şəhidi Nurlan Abdullazədənin anası Afət Abdullayeva, Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşı Məmmədalı Əhmədov və digər qonaqlar şagirdlərə uğurlar arzu edərək onlara göstərilən dövlət qayğısına qazanacaqları uğurlarla layiq olmağı arzulayıblar.
Sonda şagirdlər Vətənə, elmə və müəllimlərə həsr olunmuş şeirlər səsləndirib, mahnılar ifa ediblər.
Xüsusi olaraq qeyd edək ki, tədbirin keçirildiyi İsaqbağı kənd tam orta məktəbinin cari ilki 10 məzununun hər biri ölkəmizin nüfuzlu ali təhsil ocaqlarına qəbul olunaraq tələbə adını qazanıblar.

image-fb_img_1757938654441 image-fb_img_1757938656865 image-fb_img_1757938659288 image-fb_img_1757938661822 image-fb_img_1757938664158 image-fb_img_1757938666637 image-fb_img_1757938668869 image-fb_img_1757938671398 image-fb_img_1757938673630


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki