image-qanunla-reklam
image-fb_img_1657711086381

“14 İYUL 1969 – MİLLİ DİRÇƏLİŞİN TƏMƏL TARİXİ”

image-lady-day-az

“14 İYUL 1969 – MİLLİ DİRÇƏLİŞİN TƏMƏL TARİXİ”

İyulun 13-də Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin, Zərdab rayon Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr edilmiş “Milli dirçəlişin təməl tarixi” adlı tədbir keçirilib.
Tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin, Gənclər və İdman idarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab nümayəndəliyinin, Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, həmçinin könüllü gənclər və rayon ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak etdilər.
Tədbirdən öncə iştirakçılara Zərdab rayon Heydər Əliyev Mərkəzində hazırlanıb nümayiş olunan “Çağdaş tarixinizdə 14 iyul günü” başlıqlı, 1969-1982-ci illəri əhatə edən fotolardan ibarət sərgi nümayiş olunub. Həmçinin, ulu öndərin Azərbaycana rəhbərliyi illərində əldə olunmuş uğur və nailiyyətlərə, o dövrün əsas hadisələrinə qısa ekskursiya etdilib.
Tədbiri açıq elan edən Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova Heydər Əliyevin Azərbaycan xalqını müstəqilliyə, milli dirçəlişə aparan yolun təməlini qoyduğunu qeyd etdi və bildirdi ki, məhz Ümummilli liderin coşqun siyasi fəaliyyəti və parlaq zəkası sayəsində Azərbaycanın inkişaf konsepsiyası yaradılmışdır.
“1969-1982-ci illər Azərbaycan xalqının tarixinə parlaq quruculuq illəri kimi daxil oldu. 1978-ci ildə ilk dəfə Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan dili dövlət dili kimi öz hüquqi qüvvəsini tapdı. Azərbaycanın gələcək müstəqilliyini düşünən ulu öndər gənclərimizin SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrində oxumaları üçün şərait yaratdı. O dövrdə yüksək ixtisaslı kadr kimi yetişən gənclər bu gün müstəqil Azərbaycanın qüdrətlənməsinə, daha da güclənməsinə xidmət edirlər.
Sovet hakimiyyəti illərində, azərbaycanlıların sırf milli zəmində hərbi kadr hazırlığına buraxılmadığı zamanlarda Heydər Əliyev Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Ali Məktəbin yaradılması təşəbbüsünün üzərində israr edərək, öz cəsarət, qətiyyət və iradəsi hesabına buna nail oldu”.
“Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin müxtəlif dövrlərində fəaliyyətinin milli prinsipləri” mövzusunda olan çıxışının sonunda Heydər Əliyevin 1969-1882-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə də, 1993-2003-cü illərdə ölkə Prezidenti olarkən də ölkənin, xalqın taleyində möhtəşəm işlər görüldüyünü, silinməz izlər qoyulduğunu bir daha vurğulayan K.Rəhimova qeyd etdi ki, hazırda ulu öndərin daxili və xarici siyasəti, iqtisadi plan və proqramları Heydər Əliyev məktəbinin layiqli yetirməsi, xalqın ətrafında sıx birləşdiyi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və ölkəmizi sürətlə irəli, işıqlı sabahlara doğru aparır.
Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin tarix müəllimi Rasif Qaçayzadə ulu öndərin Azərbaycana rəhbərliyinin hər iki mərhələsində xalqa, dövlətə qazandırdığı uğurlardan bəhs etdi və Azərbaycana yalnız baş ucalığı gətirmiş bu dahi şəxsiyyətin Azərbaycanı müasir inkişaf yoluna çıxarmağa, ölkə iqtisadiyyatının hərtərəfli inkişafına nail olduğunu vurğuladı.
Tədbirdə Zərdab rayon Gənclər və İdman İdarəsinin rəisi Ələkbər Kərimov çıxış edərək, ulu öndərin böyük xalq rəğbəti ilə qarşılanan görkəmli dövlət adamı kimi Azərbaycanın tərəqqi yoluna çıxarılması siyasətini özünəməxsus müdrikliklə həyata keçirdiyini qeyd edib.
Zərdab rayon H.Aslanov adına 3 saylı tam orta məktəbin XI sinif şagirdi Orxan Nuriyev və Yarməmmədbağı kənd tam orta məktəbinin şagirdi Aydan Quliyeva “Heydər Əliyev fenomeni-müdriklik və qətiyyət örnəyi” mövzusunda təqdimat-məruzə ilə çıxış edərək Ümummilli liderin həyata keçirdiyi siyasi kursun əsas prioritet istiqamətlərindən birinin gənclərlə bağlı olduğunu, Heydər Əliyevin kadr siyasətinin həyata keçirilməsində gənclərə xüsusi önəm verdiyini vurğulayıblar.
H.Aslanov adına 3 saylı tam orta məktəbin XI sinif şagirdi Əzizağa Şirinov “1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu” mövzusundakı təqdimat-məruzəsində böyük siyasətçi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə çətin və mürəkkəb bir şəraitdə, sosial-iqtisadi həyatın tənəzzül dövründə gəldiyini, məhz Heydər Əliyevin gərgin əməyi nəticəsində ölkədə güclü iqtisadiyyatın təməlinin qoyulduğunu, cəmiyyətin bütün sahələrində sürətli yüksəliş meydana gəldiyini bildirdi. Natiq çıxışının sonunda qeyd etdi ki, ölkəmiz Heydər Əliyev yolu ilə tərəqqiyə doğru addımlayır, müxtəlif beynəlxalq tədbirlərin, idman yarışlarının, mahnı müsabiqələrinin keçirilməsinə rəhbərlik edir, Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz bizlərə qələbə sevincləri yaşadır.
Tədbirdə Yarməmmədbağı kənd tam orta məktəbinin şagirdi Gülnur Tapdıqlının təqdimatında əbədiyaşar lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş şeir – kompozisiya səsləndirilib.
Daha sonra Ümummili liderin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Əsas vəzifələrindən biri vətənə, xalqa və dövlətə layiq vətənpərvər gənclərin yetişdirilməsi olan Zərdab rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevə həsr olunan müxtəlif formatlı silsilə tədbirlərin keçirilməsi, dahi şəxsiyyətin irsinin araşdırılması və şagird, tələbə gənclərə ötürülməsi diqqət mərkəzində saxlanılır.

image-fb_img_1657711086381 image-fb_img_1657711089141 image-fb_img_1657711092232 image-fb_img_1657711095933 image-fb_img_1657711100105 image-fb_img_1657711103676 image-fb_img_1657711107811 image-fb_img_1657711114774 image-fb_img_1657711118068 image-fb_img_1657711126113 image-fb_img_1657711134941 image-fb_img_1657711150721 image-fb_img_1657711156019


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki