Rusiyanın işğal altında olan Krımda nüvə silahı yerləşdirmək niyyəti qlobal təhlükə yaradır və Ukrayna Kremlin bu sahədə fəaliyyətini dayandırmaq üçün bütün imkanlardan istifadə edəcək.
Qanunla.Az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
“Nüvə silahı məsələsi nə yerli, nə də regional bir məsələ deyil, qlobal problem, qlobal təhdiddir. Bu səbəbdən, bu cür aktivliyi cilovlamaq üçün bütün digər nüvə ölkələrinin Rusiya Federasiyasına təsiri də daxil olmaqla bütün imkanlardan istifadə edəcəyik”, – deyə Kuleba bildirib.


























