image-qanunla-reklam
image-299332217_2342007779290122_2428700755623095996_n

Zərdabda şəhid Müşfiq Hacıyevin adına olan xatirə bulağının açılışı olub FOTO-VİDEO

image-lady-day-az

Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Hacıyevin adına olan xatirə bulağının açılışı olub.

Qanunla.Az xəbər verir ki,birinci Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş kəşfiyyatçı Müşfiq Hacıyevin xatirəsini əbədiləşdirmək üçün bu gün Zərdab rayonunda şəhidin adına olan bulağın açılışı olub.
Tədbirdə Rayon icra hakimiyyəti başçısının müavini Xəyalə Veyisova , icra Aparatının məsul şəxsləri, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Famil Abbas ,Gənclər və idman idarəsinin rəisi Ələkbər Kərimov ,Qarabağ əlillər cəmiyyətinin sədri Neman Yediyyarov ,Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova , Ağsaqqallar şurasının sədri Rasim Huseynov , Bıcaqçı kənd icra nümayəndəsi,şəhidin adını daşıdığı məktəbin direktoru,müəllimləri və şəhidin ailəsi iştirak ediblər.
Tədbir iştirakçıları lenti kəsdikdən sonra xatirə bulağının önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbəri Mərdan Camalzadəyə təşəkkür ediblər.
Qeyd edək ki,Müşfiq Hacıyev 1992-ci il avqustun 13-ü Kəlbəcərdə gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Mərhum Prezident, Ulu öndər Heydər Əliyevin sərəncamına əsasən ölümündən sonra Müşfiq Hacıyevi “Göstərdiyi igidliyə görə” medalı ilə təltif edilmişdir.
Vüqar Rəhimov
image-299332487_2342007679290132_1680160396097228597_nimage-299332217_2342007779290122_2428700755623095996_nimage-299186550_2342007899290110_2658975882596638580_nimage-299281613_2342007979290102_8162774411449012336_nimage-299283742_2342008082623425_6465017902424266432_nimage-299453992_2342008232623410_5858188422911209694_nimage-299204589_2342008295956737_8521964861059758865_nimage-299437941_2342008365956730_6246863564820804523_nimage-299306330_2342008449290055_7778932903093974308_nimage-299285337_2342008522623381_1203613500835929515_nimage-299318042_2342008599290040_5609841548974394697_nimage-299335365_2342008685956698_2303415043198861864_nimage-299437863_2342008755956691_3607552418556365959_nimage-298943017_2342008819290018_5011012514754266202_nimage-299297741_2342008899290010_5158595644247694517_nimage-299417369_2342009015956665_8062343206990685648_nimage-299277185_2342009122623321_6705368101516685741_nimage-299188247_2342009255956641_8145393727070625912_nimage-299230814_2342009329289967_1784390541591436698_nimage-299385097_2342009415956625_6103763905263113302_nimage-299157566_2342009482623285_2369300510689213807_nimage-299267913_2342009532623280_8030824379443548617_nimage-299208675_2342009582623275_2332030160422648175_nimage-299191829_2342009625956604_8456451628621055248_nimage-299370864_2342009672623266_5071630117371170833_nimage-299228457_2342009819289918_7980290441331085010_nimage-299386920_2342009912623242_1899737266998786986_nimage-299196882_2342010005956566_1494420699047473763_nimage-299328557_2342010109289889_469521754501339631_nimage-299301698_2342010332623200_1370089103825088436_nimage-299278138_2342010425956524_4290797430001746264_nimage-299208076_2342010515956515_5629587050252724055_nimage-299428334_2342010615956505_1419893624964270482_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki