image-qanunla-reklam
image-307756024_5400399283343356_1219988843625197385_n

Zərdabda “Erkən nigahlar və onların fəsadları” mövzusunda görüş keçirilmişdir-FOTO

image-lady-day-az
Sentyabrın 20-də İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq Yarıməmmədbağı kənd tam orta məktəbində “Erkən nigahlar və onların fəsadları” mövzusunda görüş keçirilmişdir.
Qanunla.Az xəbər verir ki,tədbir iştirakçıları öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canını və qanını fəda etmiş Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etmişdir.
Tədbirdə Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov, Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab nümayəndəliyinin direktoru Vüsal Yusifov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ləman Səfərəliyeva, Yarıməmmədbağı kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak etmişdir.
Görüşdə Ümummilli lider Heydər Əliyevin irsi, Prezident cənab İlham Əliyevin çoxşaxəli fəaliyyəti, Vətən müharibəsində qazanılmış Zəfər, Azərbaycançılıq, vətənpərvərlik, sağlam həyat tərzi mövzulardan, erkən nigahlar və onların yaratdıqları problemlərdən, bu kimi halların yeniyetmə qızların təhsildən yayınmasına və onların təhsil hüquqlarının pozulmasına səbəb olmasından bəhs olunmuş, gənc nəsilin zərərli vərdişlərdən kənar olmaları üçün bu sahədə marifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və mövzular haqqında müzakirələr aparılmışdır.
Sonda iştirakçılara “Erkən nigahlar və qadınlara qarşı zorakılıqlara yox deyək” adlı maarifləndirici bukletlər paylanılmışdır.
image-307756024_5400399283343356_1219988843625197385_nimage-307682965_5400398986676719_3647435519686718866_nimage-308050291_5400399590009992_8258374104434920978_nimage-308197241_5400399530009998_1007891048627327527_nimage-308147081_5400401326676485_2640928706068859299_nimage-307701855_5400400166676601_7513458491197859209_nimage-307724953_5400401883343096_4297447298695214972_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki