Zərdab rayonunda “Övladlarımızı narkotiklərdən qoruyaq” devizi altında marifləndirici tədbir keçirilmişdir.
Qanunla.Az xəbər verir ki, tədbirdə müasir dövrümüzün bəlası olan narkotik vasitələr və onların fəsadları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və gənc nəslin nümayəndələrinə pis vərdişlərdən kənar durmağın vacibliyini çatdırıblar.
Azərbaycan Respublikasının ərazisində narkotik tərkibli yabanı bitkilərin morfoloji görkəmini əks etdirən tablo və foto albomlar vasitəsilə onların zərərli xassələrinin təbliği istiqamətində Zərdab rayonunda əhali arasında xüsusəndə ümumtəhsil müəssisələrində mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir.