image-qanunla-reklam
image-312943131_434554448857295_5104753250997953387_n

Zərdab rayon Heydər Əliyev Mərkəzində “Silah və Şəhid qanı ilə yazılan yeni tarix!” mövzusunda tədbir keçirilib-FOTO

image-lady-day-az
04 noyabr 2020-ci ildə Şəhid olmuş Rüstəmli İbrahimin anım günü ilə bağlı “Silah və Şəhid qanı ilə yazılan yeni tarix!” mövzusunda anım tədbiri keçirilib.
Qanunla.Az xəbər verir ki, 04 noyabr 2022-ci il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzində 04 noyabr 2020- ci il tarixində Dağlıq Qarabağın erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Zərdab rayon Şahhüseynli kənd sakini Rüstəmli İbrahim Mirzağa oğlunun şəhid olmasının ikinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə Rüstəmli İbrahimin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vətənin azadlığı uğrunda canından keçmiş qəhrəman oğullarımız bir dəqiqəlik sükutla anıldıqdan sonra Mərkəzin elmi işçisi Alagöz Namazova çıxış edərək Rüstəmli İbrahim Mirzağa oğlunun həyat yolundan və Xocəvənd uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışıb.
image-312943131_434554448857295_5104753250997953387_nimage-313019416_434554508857289_3151644361954697496_nimage-312645209_434554562190617_2396233539911279172_nimage-312943131_434554605523946_8864812589523076576_nimage-313090809_434554628857277_2042912489182504136_nimage-313299597_434554698857270_3968104876356946598_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki