image-qanunla-reklam
image-fb_img_1664447359970

Zərdab rayon Heydər Əliyev Mərkəzində “BÜTÜN ŞƏHİDLƏRİN ANIM GÜNÜ” mövzusunda tədbir keçirilib-FOTO

image-lady-day-az

Qanunla.Az xəbər verir ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin 2022-ci il Tədbirlər Planına əsasən 27 sentyabr şəhidlərimizin əziz xatirəsinin “Anım Günü” ilə bağlı 20 sentyabrdan “BÜTÜN ŞƏHİDLƏRİN ANIM GÜNÜ” mövzusunda silsilə tədbirlərin keçirilməsi davam edir.
27 sentyabr 2022-ci il tarixdə 27 Sentyabr Anım günü ilə bağlı Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivi II Qarabağ Müharibəsində ön cəbhədə döyüşüb, bir neçə strateji yüksəkliyin azad olunmasında iştirak edib, Suqovuşan, Talış və başqa bir neçə kəndin azad olunması uğrunda döyüşüb, 14 oktyabr 2020-ci ildə, döyüşdə qəhrəmancasına həlak olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Şəhid Turan Vaqif oğlu Muradovun məzarını və ailəsini ziyarət ediblər.
Öncə Mərkəz kollektivi Vətən uğrunda gedən döyüşlərdə şəhid olmuş Zərdab rayon Körpükənd qəbirstanlığında dəfn olunan şəhidlərin məzarını ziyarət edərək , gül-çicək dəstələri düzərək ruhlarına dualar oxuyublar.
Sonra şəhidin ailəsini ziyarət edərək, ev muzeyinə baxılıb. Onları burada Turanın doğmaları qarşılamış, şəhidin həyatı, döyüş yolu barədə geniş məlumat vermişlər.
Vətən müharibəsi şəhidi Turan Muradovun qardaşı oğlu dünyaya gəlib. Valideynləri yeni doğulan körpəyə əmisi Turanın adını veriblər.
Ailədə yeni doğulmuş və şəhidin adını daşıyan balaca Turanın gələcəkdə əmisi kimi vətənə layiq övlad kimi yetişməsi arzu olunub.
Şəhid Turan Muradov Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin doğmaları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

image-fb_img_1664447277263 image-fb_img_1664447282692 image-fb_img_1664447286042 image-fb_img_1664447315759 image-fb_img_1664447319330 image-fb_img_1664447331095 image-fb_img_1664447352640 image-fb_img_1664447347055 image-fb_img_1664447343728 image-fb_img_1664447338683 image-fb_img_1664447359970 image-fb_img_1664447365029 image-fb_img_1664447369979


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki