image-qanunla-reklam
image-acaf4e8d-8e7b-4c6a-a9cf-af6ce00f4b3c

Zərdab məktəblilərindən “ƏSGƏR PAYI” AKSİYASI: Ön cəbhədəki hərbçilərimizə sovqat göndərdilər – FOTO

image-lady-day-az

Bu gün hər bir azərbaycanlı Azərbaycan Ordusunun yanında olmasını, onu dəstəkləməsini ifadə etməyə çalışır. 

Qanunla.Az xəbər verir ki, Zərdab şəhər Ş.Qurbanov adına 2 saylı orta məktəbinin şagirdləri “Əsgər payı” adlı aksiya keçiriblər. Belə ki, məktəbin şagirdləri öz vəsaiti hesabına ön cəbhədə olan 100 əsgərmizə “Əsgər payı” sovqatini hazırlayıb göndəriblər.

Aksiyanın təşkil olunmasında məktəbin direktoru Piralı Əliyev, təşkilat üzrə müavin Rəşad Məmmədov, idman müəllimi Alim Quliyev və müəllim kollektivinin böyük əməyi olub.

Şagirdlərin hazırladığı sovqatları ön cəbhədə N saylı hərbi hissəyə çatdırılmasında Fizuli rayon idman gənclər idarəsinin müdiri Hörmətli Eldəniz Səfərəliyev, idarənin əməkdaşı Ramiz Quluyev yaxından iştirak ediblər.

Şirvani Hummətoğlu
Avropa.info

 

 

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki