image-qanunla-reklam
image-img_20221015_230439

Son 19 ildə Azərbaycan inklüziv və sosial cəmiyyət quruculuğu istiqamətində də ciddi nailiyyətlər qazanıb

image-lady-day-az

Azərbaycan xalqı tarixin ən ağır və keşməkeşli yollarından keçərək bugünkü firavan həyatına qovuşub. Çətin məqamlarda xalqı çıxılmaz vəziyyətdən xilas edən qəhrəmanların adı əlbəttə ki, tarixə qızıl hərflərlə yazılır. Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə ölkəyə qayıdışından sonrakı mərhələ məhz Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir. Milli özünəqayıdış və özünüdərkin məhz bu dövrdə başlanğıcını qoyan, azərbaycançılığın ötən əsrdə yazılan ən parlaq səhifələrinin müəllifi olan ulu öndər Heydər Əliyevin Azərbaycana gətirdiyi ideyalar ölkə həyatını büsbütün müasirləşdirdi. Ulu Öndərin əsasını qoyduğu siyasi irs, şanlı dövlətçilik tarixi 2003-cü ilin oktyabrın 15-dən etibarən onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. 2003-cü ilin 15 oktyabrından bu günümüzədək Azərbaycan Respublikasının inkişafında yeni bir mərhələ başlandı desək, yanılmarıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva söyləyib.
Deputat bildirib ki, XX əsrin sonlarında təməli qoyulan Heydər Əliyev imzalı inkişaf salnaməsi XXI əsrin əvvəllərindən etibarən daha dolğun kontekstdə formalaşmağa başladı. Bu siyasətin özəyini isə davamlı inkişaf konsepsiyası təşkil edirdi. Bu gün Azərbaycan inklüziv və sosial cəmiyyət quruculuğu istiqamətində ciddi nailiyyətlər əldə edib. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafını nəzərdə tutan və 2004-cü ildən etibarən uğurla həyata keçirilən beşillik Dövlət Proqramlarının məqsədi qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusi ilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarət olub. Proqramlar ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. “Dayanıqlı İnkişaf 2022” hesabatına əsasən isə ölkəmiz ötən il ilə müqayisədə 5 pillə irəliləyərək mümkün 100 baldan 73,5 toplayıb. Belə ki, hazırda Azərbaycan dünyanın 163 ölkəsi arasında “Davamlı inkişaf məqsədləri (DİM) indeksi” üzrə 50-ci yerdə qərarlaşıb. Bu göstəriciyə görə respublikamız Cənubi Qafqaz regionunda (Gürcüstan 51-ci yer, Ermənistan 66-cı yer) liderdir və dünya üzrə hər üç ölkədən ikisini geridə qoyur.
“Xüsusi qeyd edilməlidir ki, 2020-ci ildə baş vermiş qlobal pandemiya böhranı və 44 günlük Vətən müharibəsindən sonra belə bir göstəriciyə nail olunması Prezidentin hələ illər əvvəldən tətbiqinə başladığı güclü inkişaf strategiyasının bəhrəsi idi. Qeyd edildiyi kimi, 2020-ci il Azərbaycan üçün təkcə iqtisadi cəhətdən deyil, həm də siyasi, diplomatik, hərbi cəhətdən gərgin və həssas dönəm olaraq yadda qalmaqdadır. 2020-ci ilin sentyabrın 27-dən başlayan və noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə danılmaz və əsrarəngiz Zəfərlə nəticələndi. Tarixə “Dəmir yumruq” əməliyyatı kimi həkk olunan müharibə nəticəsində ölkəmizin erməni vandalları tərəfindən işğala məruz qalan əzəli torpaqları azad edildi. Xalq tərəfindən coşquyla qarşılanan qələbə xəbərini də məhz Ali Baş Komandanımız elan etdi. Bu dövr ərzində İlham Əliyev mətbuat müharibəsində də qalib gəldi desək, yanılmarıq. Belə ki, onun obyektivliklə, qərəzsizliklə dünyanın trans¬milli televiziya kanallarına, çox populyar informasiya agentliklərinə, beynəlxalq oxucu auditoriyasına xitabən verdiyi müsahibələr nəticəsində Azərbaycanın haqq səsi dünyaya çatdırıldı. Ali Baş Komandan müharibə zamanı şəhid olan qəhrəmanlarımızı da heç zaman unutmadı. 2021-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq təşkil edilmiş yürüşdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ön sıralarda yer alması özlüyündə xalq, ordu, dövlət birliyinin, həmrəyliyinin təntənəsi idi. Bu dövr ərzində Prezidentin tapşırıqlarına əsasən aidiyyəti qurumlar vasitəsilə şəhid və qazi ailələrinə xüsusi yardımlar göstərilib, bu məqsədlə “YAŞAT” Fondu təsis edilib.
Jalə Əliyeva qeyd edib ki, hazırda dövlət strategiyasının başlıca məqsədlərindən biri işğaldan azad edilmiş regionlara böyük qayıdışın təmin edilməsidir. Qarabağın yenidənqurulmasının nəzərdə tutulduğu 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2.2 milyard manat ayrılıb ki, məhz bu sayədə yol infrastrukturu çox tez bir zamanda qurulub. Eyni zamanda, çox sayda təməlqoyma mərasimləri keçirilib, o cümlədən məcburi köçkün ailələri artıq öz dədə-baba yurdlarına geri qayıtmağa başlayıblar. Bəli, biz artıq Qarabağlı, Qarabağına sahib çıxan Azərbaycanıq! Biz qayıtmışıq! Biz qayıdırıq! Biz Böyük Vətəni qururuq! Yenidən cənnətə çeviririk! Dəmir yumruqlu, dəmir iradəli müzəffər Ali Baş Komandan, Xilaskar Prezident İlham Əliyevin öncüllüyü ilə istər iqtisadi, istər sosial, istər diplomatik və istərsə də hərbi sahədə durmadan əldə etdiyimiz uğurlarla şanlı Zəfər tariximizə hər gün yeni qürurverici səhifə yazırıq. Atılan bütün uğurlu, uzaqgörən addımlar hələ yolun başlanğıcıdır. Qarşıda bizi dünyanın əsas güc mərkəzlərindən birinə çevrilməyin coşqusu və sevinci gözləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki