image-qanunla-reklam
image-303304717_564433418760416_2228478294878045178_n

Milli Məclisin deputatı Jalə Əliyeva yüksək bal toplamış abituriyentlərin bir qrupu ilə görüş keçirib –FOTO

image-lady-day-az

Milli Məclisin deputatı Jalə Əliyeva ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlərin bir qrupu ilə görüş keçirib.

Qanunla.Az-ın məlumatına görə, abituriyentlərin və Zərdab rayon təhsil sektorunun müdiri Gülağa İsgəndərovun,qatıldığı bu görüşdə Millət vəkili ilk növbədə onları təbrik edib.

Tədbirdə Jalə Əliyeva  Azərbaycanın gələcəyi olan bu cür tələbələrlə iftixar hissi keçirdiyini söyləyib.

Deputat həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin tələbələrə olan qayğısından, “bazarda” ən qiymətli əmtəənin ağıl, savad olduğundan danşıb.Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısını yüksək dəyərləndirən Millət vəkili qeyd edib ki, Ulu öndər Heydər Əliyevin müdrik siyasətinə uyğun olaraq Azərbaycanda təhsilin ikişafı prioritet istiqamətlərdən biri hesab olunur. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilə xüsusi diqqət göstərilir, müasir tələblərə uyğun olan yeni-yeni məktəblər tikilir, şagirdlərə, tələbələrə, müəllimlərə dövlət qayğısı artırılır, gənc mütəxəssislər məsul vəzifələrə təyin olunur.

O qeyd edib ki, bundan sonra da gənclər öz üzərlərində daim çalışmalı, həyatda yeni-yeni ugurlar qazanmalıdırlar.

Zərdab rayon təhsil sektorunun müdiri Gülağa İsgəndərov qeyd edib ki, dünyada pandemiya ilə əlaqədar yaranmış bir sıra çətinliklərə baxmayaraq, ölkəmizdə təhsil infrastrukturunun təkmilləşdirilməsi və təhsil sisteminin müasirləşdirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Siz isə dövlətimizin təhsilə və tələbələrə olan qayğısından daha da faydalanaraq peşəkar kadr kimi formalaşmaqla respublikamızın və xalqımızın inkişafına dəyərli töhfələrinizi verməlisiniz. Bu müqəddəs yolda hər birinizə uğurlar arzulayıram.

Abituriyentlərdən 600 bal toplamış gənclərə Millət vəkili tərəfindən ”TƏŞƏKKÜRNAMƏ” təqdim edilib.

Abituriyentlər öz növbələrində Millət vəkilinə onlarla görüşdükləri üçün təşəkkür ediblər.

Sonda gənclər deputatla xatirə şəkli çəkdiriblər.

Vüqar Rəhimov

image-302382500_384918723719066_4335686699738112222_nimage-303191759_451953510192594_2878414827581566572_nimage-302179261_475426184435646_5057060943664937960_nimage-302310149_801365380866512_7540453512498263202_nimage-301991016_389937056549248_1418034839296498871_nimage-302548683_3335182633470960_8992269225775558046_nimage-301977906_1480412219056109_3770310866387593523_nimage-302510115_3248315491974442_4205087805233728246_nimage-302080089_3298947890390094_5996167764015613256_nimage-301214111_1679843842390002_3407318870831161839_nimage-302145279_794234005333881_5373290185769176529_nimage-301811027_477198910648078_455556057309208926_nimage-302103556_1960196630837637_1729313391436206491_nimage-301915787_596841235439774_7240436985142706560_nimage-302077931_758011845254742_3455380650198495504_nimage-302092195_1069049660294353_2641000637757523690_nimage-302501220_1248334929296593_3345630042960345048_nimage-303304717_564433418760416_2228478294878045178_nimage-301954788_484405129815841_8225974977914299198_nimage-301989874_1073198099999073_8922381473384961055_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki