image-qanunla-reklam
image-315033543_556984103098968_644991482900489932_n

Millət vəkili Jalə Əliyeva şəhid baş leytenant Ağaqardaş Abbasovun ailəsini ziyarət edib-FOTO

image-lady-day-az

Zərdab rayonunda ”ZƏFƏR GÜNÜ”  ərəfəsində şəhid ailələri ziyarət olunub.

Millət vəkili Jalə Əliyeva  YAP-nın Zərdab təşkilatının sədri İlkin Əliyevlə birlikdə  Zəfər Günü münasibətilə Zərdab rayonunun Hüseynxanlı kənd sakini şəhid baş leytenant Abbasov Ağaqardaş İlham oğlunun ailəsini ziyarət edib.

Millət vəkili Jalə Əliyeva Qanunla.Az-a bildirib ki, çay süfrəsi arxasında Ağaqardaşın nümunəvi uşaqlıq və yeniyetməlik illərindın söhbət açdıq, döyüş meydanında göstərdiyi igidliklərdən danışdıq. Ağaqardaşın atası İlham qardaş, anası Dilbər xanım evin bütün divarlarını onun rəsimləriylə bəzəyiblər. Burada bəlkə də Ağaqardaşın doğulduğu gündən şəhidliyə ucaldığı günə qədər bütün ömür yolunu əks etdirən yüzlərlə şəkil var. Ata və ana onun həyatının demək olar hər əhəmiyətli gününü xatirəyə çevirərək, divarlara həkk ediblər. Əmin olun, İlham qardaş, Dilbər xanım, sizin oğlunuz da digər bütün şəhid oğullarımız kimi heç bir zaman unudulmayacaq, hər zaman bizimlə yaşayacaqlar!

image-314333045_556983519765693_314534460400623043_nimage-315033543_556984103098968_644991482900489932_nimage-314881370_556984673098911_3649756347785600546_nimage-314021663_556983659765679_4519754354734795779_nimage-314354876_556982389765806_3848034727752216691_nimage-314379217_556983826432329_2074854228224926814_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki