Millət vəkili, Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Zərdab rayonunun Şahhüseynli kəndində səyyar qəbul-görüş keçirib.
Qanunla.Az xəbər verir ki,qəbulda ölkəmizdə, eyni zamanda bölgələrdə həyata keçirilən böyük quruculuq işlərindən razılıq ifadə edilib.
Görüş iştirakçıları kəndin problemlərini də deputatın diqqətinə çatdıraraq, həllinə köməklik göstərməyini ondan xahiş ediblər.Qəbul ruh yüksəkliyi, məmnunluq şəraitində keçib.
Kənd sakinləri göstərdiyi isti münasibətə görə Millət vəkilinə təşəkkür ediblər.