image-qanunla-reklam
image-290307006_444881380975908_7729687506428036825_n

Jalə Əliyeva Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə Zərdab rayonunda bir qrup qazi və müharibə iştirakçısı ilə görüşüb

image-lady-day-az
Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə bu gün Zərdab rayonundakı ofisində bir qrup qazi və müharibə iştirakçısı ilə görüşüb. Görüş zamanı torpaqlarımızın bütünlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu ehtiramla anılıb, qəhrəman qazilərimizin və müharibə iştirakçılarının şücaətləri haqqında geniş söhbət açılıb. Jalə Əliyeva şəhid ailələri, qazi və müharibə iştirakçılarına dövlət qayğısından söz açıb, onlarla bağlı bütün məsələlərin ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər zaman diqqətində olduğunu nəzərə çatdırıb. Eyni zamanda onların qarşılaşdıqları problemlərin və çətinliklərin qısa zamanda aradan qaldırılması üçün ölkə rəhbəri tərəfindən hər bir əlaqədar qurum qarşısında konkret vəzifələr və öhdəliklər qoyulduğunu bildirib. Sonra görüşdə iştirak edən hərbçilər Rüstəmli Röyal Zabit oglu, İsmayilzadə Vüsal Agaisa oglu, Allahverdiyev Vüsal Mehman oglu,
Soltanov Nizaməddin Yaşar oglu, Mustafazadə Rauf Mərdan oglu, Paşayev Xəyal Əlif oglu, Paşazadə İlqar Zöhrab oglu, Ələsgərli Ülvi İsa oglu deputat Jalə Əliyeva tərəfindən “Qarabağ uğrunda savaşda Azərbaycanın torpaq bütünlüyü naminə göstərdiyi şücaətə və igidliyə görə” xüsusi diplomla təltif ediliblər.
image-290360127_444881887642524_2427087674162371430_nimage-290297964_444882034309176_8777751477717416632_nimage-290310170_444881734309206_3138940232954403539_nimage-290149686_444881694309210_8209597101538222066_nimage-290271182_444881650975881_740451949652000904_nimage-290182607_444881597642553_9097518803514932059_nimage-290257084_444881550975891_8424826190142737529_nimage-290302687_444881487642564_292118263930116284_nimage-290478516_444881447642568_1962213995555582288_nimage-290307006_444881380975908_7729687506428036825_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki