image-qanunla-reklam
image-img_20220912_235409

Deputat Jalə Əliyevaya ağır itki üz verib-FOTO

image-lady-day-az

Millət vəkili Jalə Əliyevanın bibisi Raya Quliyeva dünyasını dəyişib.

Qanunla.Az xəbər verir ki, bu barədə Millət vəkili məlumat verib.

Zərdabın tanınmış bəylərindən, xeyriyyəçi, maarifpərvər Əliyevlər nəslinin son moqikanlarından olan əziz bibim, ‘Tərıqqi” medallı, çox sayda dövlət təltiflərinin sahibi, Azərbaycanımızda minlərlə gəncin yetişməsində, təlimində və tərbiyəsində əvəzsiz xidməti olmuş, Raya Səlim qızı Quliyeva bu gün səhərə qarşı haqqın rəhmətinə qovuşdu… Atamı itirəndə çox gənc idim. Onun yoxluğunu mənə hiss etdirməməyə çalışan, bunun üçün əlindən gələni edən, sevincimə sevinən, kədərimə kədərlənən, mənə hər zaman düzgün olan yolu göstərən dayağım, məsləhət yerim, keçdiyi həyat yolu ilə fəxr etdiyim o fədakar insan artıq dünyada yoxdur…

Nur içində yat, canım bibim!

Allah rəhmət eləsin!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki