image-qanunla-reklam
image-anar

Azərbaycanda vəkillər vaksinasiyadan keçəcəklər

image-lady-day-az

Azərbaycanda vəkillərin koronavirusa qarşı vaksinasiyası həyata keçiriləcək.

E-huquq.az-ın xəbərinə görə, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib. Vəkillərin COVID-19 infeksiyasının risk qrupuna daxil olduğunu deyən A.Bağırov bununla bağlı Nazirlər Kabinetinə edilən müraciətə müsbət cavab verildiyini bildirib.

“Yaşından asılı olmayaraq, bütün vəkillərin vaksinasiya olunması üçün tərəfimdən Nazirlər Kabinetinə müraciət olunub. Müraciətə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində aidiyyəti üzrə baxılıb və müsbət qərar verilib. Hazırda bununla bağlı müvafiq siyahılar tərəfimizdən hazırlanır. Vəkil büroları və fərdi vəkillər 7 təqvim günü ərzində yazılı qaydada Vəkillər Kolllegiyası Rəyasət Heyətinin aparat rəhbərinin müavini Seymur Səfərova müraciət edə bilərlər. Vaksinasiya tarixi və tibb müəssisəsi barədə əlavə məlumat təqdim olunacaq”, – deyə o qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki