image-qanunla-reklam
image-117193

Azərbaycan peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri idi

image-lady-day-az

Azərbaycan peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri idi

Azərbaycan istər Qoşulmama Hərəkatının sədri olduğu istərsədə ondan əvvəlki dövrlərdə  ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyəti yeganə əsas kimi  qəbul edərək bu istiqamətdə uğurlu siyasət aparmışdır. Belə ki, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə ölkə başçısı cənab İlham Əliyev siyasətinin ana xətti olmuşdur. Ölkə başçısı cənab İlham Əliyev bütün dövrlərdə olduğu kimi Pandemiyanın ilk günlərində dünya ölkələri arasında vaksinlərin ədalətli bölüşdürülməsinin vacib olduğunu beynəlxalq aləmin diqqətinə çatdırmaqla Azərbaycanın bir daha ədalətin və sülhümn tərəfdarı olduğunu sübuta yetirdi. Azərbaycan dövləti Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına və ayrıseçkiliyə qarşı daim mübarizə aparmışdır. Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi COVID-19 ilə üst-üstə düşməsi ölkəmizin beynəlxalq arenada bu xəstəliklə mübarizədə fəal rol oynayan ölkələrdən birinə çevirdi. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri olmuşdur. Bundan başqa Azərbaycanın bir çox ölkələrə etdiyi humanitar yardımlar ölkəmizin beynəlxalq aləmdə olan nüfuzunu bir daha artırdı.

Əvəz Soltanov

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki