image-qanunla-reklam
image-5f435697e6372-2ggj0p9khqey64z

Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi təsadüfi deyil

image-lady-day-az

Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi təsadüfi deyil.

Azərbaycan Respublikası Qoşulmama Hərəkatına 2011-ci ildə üzv qəbul olunub. Azərbaycan heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirib və bütün dövlətlərlə qarşılıqlı əməkdaşlığını davam etdirib ki, bu da ölkəmizə olan etimadı, hörməti artırıb. Beş il sonra isə Hərəkata üzv ölkələrin yekdil qərarı ilə Venesuelada keçirilmiş Zirvə görüşündə təşkilata sədrlik Azərbaycana həvalə olundu. Qısa müddət ərzində Qoşulmama Hərəkatına üzv olmasına baxmayaraq Azərbaycanın Qoşulmama Hərəkatına sədirlik etməsi bütün dövlətlər tərəfindən yekdil şəkildə dəstəklənib. Azərbaycan dövlətinin uğurlu siyasətinin nəticəsidir ki, 2023-cü ilin sonuna qədər Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək. Azərbaycanın Qoşulmama hərəkatına sədrliyinin uzadılması Azərbaycan Respublikasının Qoşulmama Hərəkatının prinsiplərinə sadiqliyi, ölkəmizin nüfuzunun gündən günə artmasının nəticəsidir. Qoşulmama hərəkatına sədrliyi dövründə Azərbaycan dünyada sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə və dayanıqlı inkişafına öz töhfəsini verib və bu missiyanı davam etdirəcək. Qoşulmama Hərəkatına üzvlük Azərbaycan Respublikasına Ermənistanla mübarizə aparmaqda yeni güc verdi və Qoşulmama hərəkatına üzv dövlətlər Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə böyük dəstək göstərdi.

İnanırıq ki, gələcəkdə də Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv ölkələr qlobal problemlərin, müharibə və münaqişələrin həllində birgə mübarizə aparacaq.

 

Kəmalə Əliyeva – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki