image-qanunla-reklam
image-1656920690_1656572197_b7f87cec-d17f-4e35-94f8-7585047c5c87

Ginekoloq -cərrah Elnurə Mustafayevanın həyata keçirdiyi süni mayalanma əməliyyatının ağır fəsadları – İDDİA

image-lady-day-az

1920-ci ildən, 1991-ci ilə qədər Azərbaycan rəsmi Moskvanın tabeçiliyində olan 15 dövlətdən biri olaraq, Sovet Sosialist Respublikasının tərkibində idi.

Təbii ki, o illər bizim üçün heç də başucalıq gətirən xoş xatirələr deyil. Amma, bəzi qaydalar – qanunlar var idi ki, hazırkı Azərbaycan üçün də o qayda-qanunlar lazımdır.

Məsələn, böyüklərimiz deyir o dövrdə hər “müğənniyəm” deyən efirə çıxa bilməzdi. Hər ürəyi istəyən haqqında qəzetdə müsahibə, yaxud məlumat yayımlanmazdı. Qəzetin, televiziyanın – ümumiyyətlə mətbuatın öz qaydaları var idi. “Dəfələrlə ələnirdi və nəhayətində ələkdən keçənlər” efirə çıxırdı, ictimaiyyətə təqdim edilirdi.

Çox təəssüflər olsun ki, indi bu proseslər artıq mövcud deyil. Ürəyi istəyən pulunu verib, efirə çıxır. Biraz artıq pul verəndə də reklam xatirinə 5-10 nəfər də toplayıb, pul verəni təriflətdirirlər, camaatın gözünü boyayırlar, vəssalam…

Mənim saf, sadəlövh xalqım da televiziyada gördükləri hamını əlçatmaz hesab etdikləri kimi, həm də az qala “müqəddəs” hesab edirlər və reklamına aldanırlar.

Məsələn, sponsoru olduğu bəzi verilişlərin aparıcısının dilindən düşməyən ginekoloq – cərrah Elnurə Mustafayeva kimi.

Elnurə Mustafayevanın adını çəkmədən öncə, bəzi aparıcılar onun təqdimatına “sonsuzluğa son” ifadəsi ilə giriş verirlər. Elə bu reklam məqsədli cümlələrin “səmimiyyət”inə inanan sadəlövh xalqın, saf nümayəndələrindən biri də Cəlilabad rayon sakini Aynur Abışovadır (ad, soyad şərtidir).

“DogruXeber.az” redaksiyasına müraciət edən Aynur xanım bildirir ki, mart ayının 28-də sonsuzluq problemi ilə bağlı “Baku Medical Plaza” ilə telefon əlaqəsi saxlayıb, bu problemini deyib. Telefonda ona süni mayalanma təklif olunub, 3700 (üç min yeddi yüz) AZN ödəniş ediləcəyi deyilib. Razılıq aldıqdan sonra “Baku Medical Plaza”ya dəvət edilib.

Ertəsi gün sözügedən klinikaya gedən Aynur xanım bütün müayinələrdən keçdikdən sonra, ondan müayinə üçün 600 (altı yüz) AZN tələb olunub. Xanım həmin tələb olunan məbləği ödəyib. Lakin, bunun üçün ona ödəniş qəbzi təqdim edilməyib.
Sonra xanıma bildirilib ki, “aprelin 4-də əməliyyat olunacaqsınız”.

Deyilən vaxtda Aynur xanım Abışova namı məşhur Elnurə Mustafayeva tərəfindən əməliyyat olunub.

Əməliyyatdan sonra klinikada Aynur xanımın yaxınlarından 2700 (iki min yeddi yüz) AZN alınıb, qəbz əvəzinə isə adının qarşısında 2528 (iki min beş yüz iyirmi səkkiz) AZN yazılmış sadə bir A4 vərəq təqdim edilib.

Ardından, əlavə olaraq yenə 2000 (iki min) AZN tələb olunub və yenə də qəbz əvəzinə adının qarşısında bu dəfə verilən məbləğin miqdarı düzgün yazılmış A4 vərəq təqdim edilib.

Qeyd: Vətəndaş iddia edir ki, “klinikada məndən ümumilikdə 6300 (altı min üç yüz) AZN pul alınıb. Lakin, qəbz əvəzinə yalnız o iki A4 vərəq təqdim edilib.

Vəssalam.

Əməliyyatdan cəmi 15 dəqiqə sonra isə Elnurə Mustafayeva xəstəni evə yazıb ki, klinikada saxlamaq üçün boş yer yoxdur. Artıq, inandığı həkimindən də rayona – öz evinə qayıda biləcəyini eşidən Aynur xanım yaxınları ilə birlikdə Cəlilabad rayonuna yollanıb. Lakin, rayona çatanda xanımın halı pisləşib və dərhal yaxın olduğu üçün Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Mərkəzi Xəstəxananın həkimləri süni mayalanmadan anlayışsız olduqları üçün nə edəcəklərini bilməyiblər və Elnurə Mustafayevaya zəng ediblər. 2 saat sonra telefona cavab verən Elnurə Mustafayeva Aynur Abışovanın xəstəxanada yatırılmalı və onun təlimatlarına uyğun müalicəsi aparılmalı olduğunu bildirib.

Bir müddət Mərkəzi rayon xəstəxanasında müalicə aldıqdan sonra xəstəxana həkimləri yenidən Elnurə Mustafayeva ilə telefon əlaqəsi saxlayıb, Aynur xanımın səhhətindəki dəyişiklik barəsində məlumat veriblər. Elnurə Mustafayeva pasientin təcili Bakıya gəlməsini istəyib.

Mərkəzi xəstəxanada dediyinə görə 1000 (min) AZN də əlavə xərci çıxan Aynur xanım yaxınları tərəfindən Bakıya gətirilib. Xəstəxananın yaxınlığında yolda yaranmış tıxac səbəbilə xəstəxanaya 4 dəqiqə gecikən xəstəsini gözləməyən Elnurə Mustafayeva günorta saatlarında işdən çıxıb.

Yenidən kor-peşiman Cəlilabad rayon Mərkəzi Xəstəxanasına qaytarılan Aynur Abışovanın halı daha da pisləşib, qanaxma yaranıb və uşaq tələf olub.

O gündən sonra Elnurə Mustafayeva nə onu qəbul edir, nə də telefonlarına cavab verir.

Aynur Abışovanın psixologiyası pozulub və artıq dəli olmaq həddinə çatıb. El arasında o vəziyyəti “havalanıb” deyə ifadə edirlər.

P.S: Redaksiyamıza müraciət daxil olduqdan sonra “DogruXeber.az” informasiya portalının rəhbəri olaraq, mən Kamal Əsgərov məsələni yerində araşdırmaq və baş verənləri obyektiv olaraq, bir də qarşı tərəfdən dinləmək məqsədilə şəxsən özüm “Baku Medical Plaza”nın Mərkəzi filialına getdim. Qapıdan içəri daxil olan kimi baş həkimin harda əyləşdiyini soruşdum. Lakin, kimdən soruşdumsa, hamı bu suala cavab almaq üçün yalnız kassada əyləşən xanımı gözləməyimizi tövsiyyə etdi. Nəhayət ki, həmin xanım öz işinin başına təşrif buyurdu və verilən suala belə cavab verdi ki, “baş həkim ikinci mərtəbədə əyləşir, amma bu şöbənin ona aidiyyatı yoxdur. Rəhbər Elnurə xanımdır. Onunla da əgər əvvəlcədən qeydiyyata yazılmamısınızsa, görüşə bilməzsiniz”.

Soruşuram, “Bura TƏBİB-ə tabedir, yoxsa Səhiyyə Nazirliyinə?”

Deyir, -“Bilmirəm, Elnurə xanım bilir”.

Görünür, kassada əyləşən – bizə verilən məlumata görə Elnurə Mustafayevanın qardaşı qızı olduğu deyilən Səbinə adlı bu xanımı mətbuatın suallarına ümumiyyətlə cavab verməməsi üçün “tənbehləyiblər” ki, xanım yalnız, – “Bilmirəm, Elnurə xanım bilir” cavabını verirdi.

Əlqərəz…

Gah “əməliyyatdadır”, gah “müayinədədir” deyib, təqribən bir saata yaxın müddət gözlətdikdən sonra mən hövsələdən çıxdım, “görüşməyəcəksə mən niyə bu qədər zaman itirirdim” deyib, aidiyyatı quruma zəng etmək üçün telefonu çıxardım.

Yalnız bu zaman “Buyurun, gəlin, xanım sizi qəbul edir” deyib, məni və mənimlə birlikdə oraya gedən Natəvan xanımın səlahiyyətli nümayəndəsi olan qardaşı Fikrət bəyi Elnurə Mustafayevanın otağına dəvət etdilər.

Otağa daxil olub, özümü təqdim etdim və sual verdim:

– “Elnurə xanım, məni niyə qəbul etmirsiniz” redaksiyama şikayət daxil olub, məlumatı yayımlamadan əvvəl qarşı tərəf olaraq sizi dinləməyə gəlmişəm. Bu məlumat birtərəfli yayımlansa idi sizə xoş olardımı?”.

Elnurə Mustafayeva özündən razı səs tonu ilə – “Siz kimsiniz? Hüquqşünassınız?” sualını verdi

– “Bəli, eyni zamanda jurnalistəm. “DogruXeber.az” informasiya portalının rəhbəriyəm” dedim.

– “O zaman sənədinizi göstərin “.

Xidməti vəsiqəmi çıxarıb xanıma təqdim etdim. Vəsiqəyə gözucu nəzər salıb, vəzifə başında səlahiyyət sahibinə xas olmayan, ümumiyyətlə qadın adına yaraşmayan tərzdə stolun üstünə tullayıb, qarşımdan yel kimi ötüb, koridora çıxdı və yüksək səslə danışaraq, əyləşib növbə gözləyən pasientlərin, həmçinin xəstəxana çalışanlarının qarşısında bir “şou” nümayiş etdirdi ki, gəl görəsən…

– “Sən mənə deyirsən mən müdirəm, mənə hörmət etməlisən. Gözüm aydın müdirsən. Mənim üçün fərqi yoxdur heç kimin. Müxbirlər bura gəlir ancaq bizdən pul almağa” və sair sözləri ilə dayanmadan danışıb səs-küy saldı ki, pulunu mənimsəyib, özünü də yarımcan etdiyi Aynur Abışova barəsində sual vermək imkanımız olmasın.

Özü otağa dəvət edib, keçmişik, lakin, çıxıb oradakılar qarşısında şou göstərən Elnurə Mustafayeva “Siz anidən odama daldınız”-deyə bağıraraq, bizi borclu çıxarmağa cəhd edirdi.

Qeyd: Qeyd edim ki, Elnurə Mustafayevanın göstərdiyi şou, otaqdakı davranışları, hətta ən başdan otağa dəvət edilməyimiz, eyni zamanda mənə “bura pul almağa gəlirsiniz” deyə atdığı böhtan və sair hər biri qeydə alınıb və bunu sübut edəcək dəlillərim mövcuddur.

Bu səs-küyə bizə bir xanım yaxınlaşdı. Baş mühasib olduğunu deyən Nigar adlı xanım bizi iş otağına dəvət etdi. Normal şəkildə dinlədi və bildirdi ki, “Gərək siz baş həkimə yaxınlaşardınız”

Ona da bildirdim ki, mən baş həkimin yerini soruşdum, dedilər bu şöbəyə Elnurə xanım rəhbərlik edir, baş həkimə aidiyyatı yoxdur”.

“Mən Azərbaycan qızıyam ” deyərək, ümumiyyətlə qadına yaraşmayan davranış nümayiş etdirən Elnurə Mustafayevadan fərqli olaraq, baş mühasib Nigar xanım məsələləri normal, mədəni şəkildə dinlədikdən sonra bildirdi ki, – “Baş həkimin müavini Lalə xanım yoldadır. Birazdan çatacaq, mən sizi dinlədim ki, rəhbərliyə olduğu kimi məlumat verim. Siz də istərsəniz Lalə xanımla özünüz də danışın “.

Biraz gözlədikdən sonra Lalə xanım gəldi, onunla da görüşüb, məsələləri diqqətinə çatdırdım. Lalə xanım dinlədikdən sonra, “Tezliklə sizinlə əlaqə saxlanılacaq “, dedi və biz oradan çıxdıq. İki gün sonra “Baku Medical Plaza”nın Mərkəzi filialından zəng edib, direktor Pərviz müəllimin mənimlə üzbəüz danışmaq istədiyini bildirdilər və bunun üçün “Baku Medical Plaza”nın Babək prospektində yerləşən filialına dəvət etdilər.

27.06.2022-ci il tarixində mən Natəvan xanımın qardaşı Fikrət bəylə birlikdə Pərviz müəllimlə görüşmək üçün “Baku Medical Plaza”nın Babək filialına getdim. Danışıb, məsələ barəsində ətraflı məlumat verdikdən sonra, xəstə yaxını ilə rahat danışıb, ortaq məxrəcə gəlsinlər deyə, otaqdan çıxdım.

Biraz onlar danışdılar və sonra mən yenidən otağa qayıtdım. Pərviz müəllim səhər əlaqə saxlayacağını dedi və biz oradan çıxdıq.

Fikrət bəyin mənə bildirdiyinə görə o Pərviz müəllimə dəymiş mənəvi ziyanları güzəşt etdiklərini deyib, lakin maddi ziyanın ödənilməsini tələb edib. Pərviz müəllim isə xəstəxananın müəyyən xərclərini çıxdıqdan sonra, yarı məbləği ödəməyi təklif edib. Lakin, zərərçəkmişin yaxını bununla razılaşmayıb və vurulan ziyanın tam şəkildə ödənməsini tələb edib. Onun bu israrından sonra Pərviz müəllim kiminləsə məsləhətləşib səhər əlaqə saxlayacağını bildirib.

Artıq, Pərviz müəllimlə görüşümüzdən az qala bir həftə keçməsinə baxmayaraq, hələ də heç bir xəbər yoxdur.

Sözügedən klinika özünün və həkiminin xəstəyə və xəstə yaxınlarına yaşatdığı bu qədər əziyyətdən, gərginlikdən sonra, vurduğu ziyanın heçolmasa, ən azından maddi tərəfini geri ödəməli olduğu halda, üstəlik də bu cür, pulunu geri verməməklə də stress, gərginlik yaşatması ümumilikdə səhiyyə adına nöqsandır.

Məhz Elnurə Mustafayeva kimi işi reklamına dəyməyən həkimlər və həkiminin nöqsanının arxasında dayanan “Baku Medikal Plaza” kimi tibb müəssisələridir ki, bu gün “Azərbaycan həkimi” adını dəyərdən salıb, xalqın “ağ xalat”a olan hörmət və inamını tamamilə məhv edib.

Qeyd edək ki, bütün bunlar barəsində “DogruXeber.az” redaksiyası tərəfindən aidiyyatı qurumların hər birinə ayrı-ayrılıqda rəsmi müraciətlər göndərilib.

Mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki