image-qanunla-reklam
image-yenigundem_c03a84efece54a6537837f26dcadaab2_6c2auo0qkhl1pvrtey58-620x460

Yazgül Abdiyeva Fəxri Fərmanla təltif edildi – FOTO

image-lady-day-az

Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva Fəxri Fərmanla təltif edildi.

Qanunla.Az  xəbər verir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri t.ü.f.d. Yazgül Abdıyevanı Fəxri Fərmanla təltif edib.

Yazgül Abdıyeva həm koronavirus pandemiyasına qarşı mübarizə, həm də tibbi maarifçilik sahəsindəki səmərəli xidmətlərinə görə bu etimada layiq görülüb.

Biz də ”Gündəm Media” Group olaraq Yazgül Abdıyevanı təbrik edir, ona fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Yenigundem.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki