image-qanunla-reklam
image-yenigundem_f09cd4e1b1e8b49ee8efbf0b234bed68_ebg29w3mprvi4zqftu6n-620x460

Bakı konfransının keçirilməsi Dövlət Başçısının beynəlxalq aləmdə nüfuzuna və qazandıqları etimada görədir – Məlahət İbrahimqızı

image-lady-day-az

Bildiyimiz kimi, bugünlərdə ölkəmiz çox əlamətdar bir tədbirə ev sahibliyi edir. Ümumiyyətlə mübaliğəsiz demək olar ki, bu gün Azərbaycan dünya və insanlıq üçün çox düşündürücü və kürəsəl problemlərin müzakirə olunduğu bit məkana çevrilmişdir. Artıq belə tədbirlərin Azərbaycamda keçirilməsi ənənə halını almışdır. Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının keçirilməsi də məhz ölkəmizin və Dövlət Başçısının beynəlxalq aləmdə nüfuzuna və qazandıqları etimada görədir.

Bunu ”Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Məlumdur ki, yarandığı gündən uzun müddətdir ki, Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisat olmasına baxmayaraq, bu təşkilatın strukturlaşması yetərli olmamışdır. 120 ölkənin üzv olduğu bu təşkilatın hətta parlament qurumu belə təsis edilməyibdir. Azərbaycan bu təşkilata üzv olduğu ilk gündən təşəbbüskarlığı və verdiyi töhfələrə görə böyük nüfuz qazanmışdır. Möhtərəm Prezidentimizin Qoşulmama Hərəkatına sədr seçildiyi gündən bu təşkilatda sözün həqiqi mənasında ciddi islahatlar həyata keçirməklə onun müxtəlif strukturları yaranmışdır. Artıq üç ildir ki, bu təşkilata möhtərəm Prezidentimiz sədrlik edir. Onun sədrliyi və şəxsən təşəbbüsü ilə QH-nın gənclər şəbəkəsinin, parlament şəbəkəsi təsis edilib, eləcə də Nyu-Yourkda dəstək ofisinin yaradılmışdır. Bakı konfrasında iştirak edən Qoşulmama Hətəkatının sədri, Respublikamızın Prezidenti möhtərəm cənab İlham Əliyev yüksək səviyyədə etdiyi çıxışında da parlament və gənclər şəbəkəsinin yaradılması təşəbbüsünü dəstəklədiklərinə görə bütün üzv ölkələrə təşəkkür etdi. Bildiyimiz kimi,bu il Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçirilməsi də planlaşdırılmışdır.

Sözsüz ki, Azərbaycanın, şəxsən möhtərəm Prezidentimizin bu təşəbbüsləri Qoşulmama Hərəkatının institusional inkişafı üçün hədsiz dərəcədə böyük əhəmiyyət daşıyır. QH-nın sədri, Möhtərəm Prezidentimiz çağdaş dünyada ildən-ilə artan kürəsəl təhlükələr və çağırışlar fonunda milli parlamentarların və onların beynəlxalq aləmdə qarşılıqlı və səmərəli əməkdaşlığının önəmini qeyd etdi. Konfransın “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edilib.

Təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olunub. Qurumun sədri və sədr müavinləri seçilib. Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ən böyük siyasi təşkilat kimi onun Parlament Şəbəkəsi qlobal risk və təhdidlərə qarşı mübarizədə yeni çoxtərəfli əməkdaşlıq platforması rolunu oynayacaq. Xatırlatmaq istərdim ki, ki, 2021-ci ilin 29 noyabr tarixində Qoşulmama Hərəkatının (QH) sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü əsasında Hərəkatın Parlamentlər Şəbəkəsi təsis edilibdir. Qoşulmama Hərəkatının təsisçilərinin məqsədi Bandunq prinsiplərinə tam uyğun olaraq, bütün xalqların dinc yanaşı yaşamasına və davamlı inkişafına töhfə vermək idi. Onların uzaqgörənliyi və məqsədyönlülüyü beynəlxalq ictimaiyyətin həmfikir üzvlərinin birləşməsinə və üzv dövlətlərin sayına görə dünyada ikinci ən böyük beynəlxalq təsisatın yaranmasına səbəb olub. Bir daha vurğulamaq istərdim ki, bu gün keçirilən konfranda ölkəmizin ev sahibliyi etməsi və Azərbaycan Prezidentinin təşəbbüsünün dünyanın ikinci böyük təsisatı olan Qoşulmama Hərəkatının üzv ölkələri tərəfindən yekdilliklə dəstəklənməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun əyani göstəricisidir.

Dünyada baş verən sürətli kürəsəlləşmə, geosiyasi proseslər, iqlim dəyişikliyi, silahlı münaqişələr, siyasi proseslərin sürətlə inkişaf etdiyi bir şəraitdə parlament diplomatiyasının mühüm əhəmiyyəti var. Bu baxımdan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin kordinasiyalı və instutsional fəaliyyəti, beynəlxalq aləmdə siyasi proseslərə təsiri olduqca vacibdir. Geniş auditoriyası və yüksək tribunası olan QH-nın Parlament şəbəkəsi dünyada dayanıqlı sülhün təşviq olunması, ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Fəxrlə deyə bilərik ki, ölkəmiz 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunduğu vaxtdan qurumun fəaliyyətinə öz töhfələrini verib. Məhz Qoşulmama Hərəkatındakı aktiv mövqeyi ölkəmizin nüfuzunun daha da artmasına səbəb olubdur. 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə Görüşündə Hərəkata üzv ölkələrin təklifi və dəstəyi ilə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilmiş və bu barədə yekdil qərar qəbul edilibdir. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Ötən müddət ərzində əldə olunan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan təşkilatın sədri kimi öz missiyasını yüksək səviyyədə yerinə yetirir.

Bütövlükdə, Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra respublikamızın quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının daha bir parlaq nümunəsidir. Mübaliğəsiz demək istərdim ki, Qoşulmama Hərəkatının Parlament və Gənclər Şəbəkəsinin yaradılması və qurumun daha instutsional fəaliyyəti, ölkəmizin beynəlxalq aləmdəki mövqeyini gücləndirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin beynəlxalq səviyyəli səyləri, kürəsəl həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsi naminə təşəbbüs və verdiyi töhfələr beynəlxalq ictimaiyyəti tərəfindən rəğbətlə qiymətləndirilir və təqdir edilir.
Əlbəttə möhtərəm Prezidentimizin QH-ının Parlament şəbəkəsinin Bakı iclasında etdiyi çox ətraflı çıxışı haqqında danışmaq olar. Xüsusilə də onu 30 il müddətində ərazimizin 20 faizini işğal etmiş təcavüzkar Ermənistan və onu dəstəkləyın bəzi ölkələrin, beynəlxalq təşkilatların riyakar və ikili standarlara dayanan fəaliyyətini xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ermənipərəst mövqeyinə çox kəskin tənqid etdi.

Onun çıxışının diqqətçəkici məqamlarından biri də işğaldan azad olunmuş ərazilərdə erməni vandalları tərəfindən törədilmiş vəhşilik də faşist əməllərə beynəlxalq ictimaiyyətin biganəliyi və laqeyd münasibət idi.

Sözsüz ki, Dövlətimzin Başçısının QH-nın Parlament Şəbəkəsinin bu çıxışını dünyada bu gün də davam edən informasiya savaşında Müzəffər Ali Baş Kamandanımızın ermənipərəst qüvvələrə qarşı olan mübarizəsinin davamı hesab etmək olar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki