image-qanunla-reklam
image-1643098293_272752826_10228439238064029_3948213397087099611_n

Zəngəzur dəhlizi artıq reallığa çevrilir

image-lady-day-az

Zəngəzur dəhlizi artıq reallığa çevrilir

İkinci Qarabağ müharibəsində əldə edilən Qələbədən sonra ölkəmiz öz nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi baxımından çox əlverişli imkanlar əldə etmişdir. Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik Bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır. Bundan əlavə 3+3 əməkdaşlıq platforması çərçivəsində də Zəngəzur dəhlizinin reallığa çevrilməsində mühüm mövqeyə malikdir. Zəngəzur dəhlizinin açılması bütün bölgə ölkələri üçün yeni imkanlar vəd edir. Bu, həm də Tarixi İpək yolunun bərpası, Çinin “bir kəmər – bir yol” layihəsinin canlanması, əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Göründüyü kimi, artıq bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsi formalaşmasına başlanılıb. Ermənistandan fərqli olaraq, ölkəmiz hər zaman üzərinə götürdüyü bütün öhdəliklərin, o cümlədən kommunikasiya əlaqələrinin açılması ilə bağlı razılaşmaların yerinə yetirilməsinə sadiqliyini vurğulamışdır. Bölgədə qalıcı sülh və sabitliyin bərqərar olmasına, beynəlxalq hüququn ali prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında yeni əməkdaşlıq formatları çərçivəsində münasibətlərin normallaşdırılmasına tərəfdardır. Bu baxımdan Zəngəzur dəhlizi uğurlu regional əməkdaşlıq nümunəsi olmaqla yanaşı bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə də öz töhfəsini verəcəkdir. Məhz ölkəmizin təşəbbüsü ilə reallaşdırılan Şimal-Cənub, Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri qitələrarası daşınmaların həyata keçirilməsini gerçəkləşdirib. Bu nəqliyyat dəhlizləri istifadəyə verildiyi vaxtdan tarixi İpək yolunun bərpasında mühüm önəm daşıyıb. Bütün bunlar deməyə əsas verir ki, Zəngəzur dəhlizinin reallaşması və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq.

Famil Abbasov – Zərdab rayon sakini, Vətən müharibəsi iştirakçısı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki