image-qanunla-reklam
image-1656652704_630_360_1537254641-2446

“Putin bu səbəbdən şəhərlərimizi raketlərlə vurur” – Ukraynalı general

image-lady-day-az

Son zamanlar Rusiya Ukrayna şəhərlərini raketlə bombardmanlarını artırıb. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş müavini, general-leytenant İqor Romanenkonun sözlərinə görə, bunun bir neçə səbəbi var.

Qanunla.az xəbər verir ki, bu barədə Romanenkonun yerli KİV-lərdən birinə müsahibəsində danışıb.

O, bəyan edib ki, Rusiya bununla həm Ukraynanın müttəfiqlərinə, həm də Ukraynanın özünə – rəhbərliyə və vətəndaşlara təzyiqləri artırır.

“Daxili komponentə gəlincə, bu, Ukrayna vətəndaşlarının ruhunu sındırmaq, cəmiyyəti hakimiyyətə təzyiq göstərməyə və kapitulyasiya danışıqlarına keçməyə məcbur etmək üçün onlara mənəvi-psixoloji təsirdir”, – Romanenko hesab edir.

Onun sözlərinə görə, bu cür danışıqlarda Rusiya Federasiyası Ukrayna ərazisinin 20%-nin ələ keçirilməsini qanuniləşdirmək istəyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki