image-qanunla-reklam
image-47

Ölkə başçısının rayonlara səfər etməsi mühüm əhəmiyyət kəsb edən hadisə kimi tarixə həkk olur

image-lady-day-az

Ölkə başçısının rayonlara səfər etməsi mühüm əhəmiyyət kəsb edən hadisə kimi tarixə həkk olur

Ölkə başçısı, cənab Prezident İlham Əliyevin ölkəmizin rayonlarına hər bir səfəri xoş bir ənənə halını alan və mühüm əhəmiyyət kəsb edən hadisə kimi tarixə həkk olur. İyun ayınn 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük strateji əhəmiyyətə malik Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib. Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələri Günündə Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər etməsi ölkə başçısının ordumuza olan diqqətinin və gecə-gündüz xalqımızın rifahı üçün yorulmadan çalışmasının göstəricisidir.

Səfər çərçivəsində Azərbaycan lideri bir sıra açılışlar edib, bərpa-quruculuq və tikinti işləri ilə yaxından tanış olub. Ali Baş Komandan cənab İlham Əliyev Kəlbəcərdə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak və çıxış edib: “Cənab Prezidentimiz çıxışı zamanı Azərbaycanın sülhsevər və humanist dövlət olduğunu bildirərək, rəsmi Bakının ölkəmizin maraqlarının təmin olunması və müharibə nəticəsində yaranmış yeni mövcud reallıqların hamı tərəfindən qəbul edilməsi istəyini xüsusi vurğuladı.”

Eyni zamanda Kəlbəcərə səfəri zamanı dövlət başçısı cənab İlham Əliyevə Kəlbəcərin baş planı təqdim olundu. Əminliklə demək olar ki, cənab prezident İlham Əliyevin rəhbərliyi altında ən qısa zaman ərzində Kəlbəcər də daxil olmaqla işğaldan azad olunmuş digər ərazilər regionun ən gözəl və inkişaf etmiş rayonlarından birinə çevriləcək:

Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən sürətli-bərpa quruculuq işləri Azərbaycan dövlətinin qüdrətinin və ölkə başçısı, cənab Prezident İlham Əliyevin iradəsinin göstəricisidir.

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki