image-qanunla-reklam
image-644da49f-cd4c-3be6-9d41-febc84563360_850

Ölkə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri Böyük Qayıdışı daha da yaxınlaşdırır

image-lady-day-az

Ölkə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri Böyük Qayıdışı daha da yaxınlaşdırır

 

Xalqımızın şanlı qələbəsi indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər: “Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı  azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Şuşa əməliyyatı bir dastana çevrildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə bütün  müsahibələrində, xalqa müraciətlərində “Şuşasız bizim işimiz yarımçıq olar” çağırışı   Qarabağın tacının işğaldan azad edilməsinin  əsas hədəf olduğunu açıqladı. Zəfər Günü kimi təsis edilən 8 noyabr 2020-ci il tarixdə Şuşanın işğaldan azad edilməsi Ermənistanın kapitulyasiya aktını imzalamasında mühüm rol oynadı.  Belə çətin relyefə malik olan ərazinin işğaldan azad olunacağını ermənilər heç zaman düşünmürdü. Azərbaycan Ordusu göstərdi ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq.”

Cənab Prezidentimiz İlham Əliyev məlum nitqində bir daha bildirdi ki, Vətən müharibəsindən ötən il yarım ərzində ordumuzu daha da gücləndirmək,  müasir silahlarla təchiz etmək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olmaq üçün gecə-gündüz çalışdıq və  buna nail olduq” söyləyən Malik Həsənov diqqəti, eyni zamanda, Müzəffər Ali Baş Komandanın Kəlbəcərdən  Ermənistanda baş qaldıran revanşist qüvvələrə  çağırışlarına da yönəldib: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın. Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır.

Görülən işlərin miqyasının ölçüyəgəlməzliyini, eyni zamanda, bu işlərin Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirildiyini bildirib. Bütün işğaldan azad edilmiş ərazilərimiz Baş plan əsasında yenidən qurulur, bərpa edilir. Müasir tələblər bərpa-quruculuq işlərində öz əksini tapıb. Səfər çərçivəsində Kəlbəcərin Baş planı təqdim edildi, həmçinin İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyuldu. Dövlət başçısı İlham Əliyev bütün işğaldan azad edilmiş ərazilərimizdə bu komplekslərin yaradılmasının vacibliyini bildirib. İşğal və Zəfər muzeyləri hər iki  dövrün reallıqlarının təbliğinə öz töhfələrini verəcək. Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı  belə mühüm addımların fonunda  tarixinin hər bir səhifəsinə hörmətlə yanaşdığıını, qoruduğunu və  təbliğinə səy göstərdiyini dünyaya nümayiş etdirir. Tarixinə sahib çıxan Azərbaycan xalqı, həmçinin  göstərir ki,  qurub-yaradan xalqdır. Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur.  Təbii ki,  görülən bütün işləri sadalamaq mümkün deyil. Onların miqyası günbəgün  genişlənir. 30 ilin işğalına 44 gündə son qoyan Azərbaycan il yarım ərzində həyata keçirdiyi bərpa-quruculuq işləri ilə bu torpaqların sahibi olduğunu bir daha təsdiqləyir.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki