image-qanunla-reklam
image-interpress_4e966a7d8cb18264207b53ab6243e42e_mbyog7n58fhticaz4rvp

Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib

image-lady-day-az

Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib

 

27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. Azərbaycanın qazandığı böyük Qələbədən sonra regionun tarixində yeni bir eranın əsası qoyuldu. Vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandı ki, bu saziş bölgədə təhlükəsizlik mühiti, davamlı sabitliyə və əmin-amanlığa şərait yarada bilər. Region dövlətləri arasında əməkdaşlığın yaradılması, bir çox layihələrin həyata keçirilməsi üçün iki ölkə arasındakı sərhədlərin delimitasiyası və demarkasiyasının aparılması əsas şərtlərdən biri kimi irəli sürülüb. Qarşılıqlı əməkdaşlığın yaradılması üçün bu cox vacib məsələdir. Lakin bu proses erməniləri nədənsə uzun illər ərzində işğal altında saxladıqları Azərbaycan torpaqlarının azad olunmasından daha çox narahat edir. Ermənistan sanki bu məsələlərin həllini bilərəkdən uzadır. Beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələr bu sazişə dəstəklərini yalnız sözlə ifadə edib. Bu məsələlərin həlli üçün Ermənistana hər hansı bir təzyiq göstərməyib. Ermənistan anlamalıdır ki, imzaladığı kapitulyasiya aktını və digər müvafiq sənədləri son bəndinə qədər icra etməyə borcludur. Ermənistan sülh sazişindən imtina edərsə itirən özü olacaq. Ermənistan Azərbaycanla mehriban qonşuluq və sülh şəraitində, dinc yaşamaq istəyirsə bu sazişdən irəli gələn bütün məsələləri həll etməlidir.

 

Kəmalə Əliyeva – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki