image-qanunla-reklam
image-1656321330_1599645879_baku-7_5bf3b2e43b40d

Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub

image-lady-day-az

Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub.

Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub. Son illər ölkəmizin paytaxtı Bakı şəhəri sözün həqiqi mənasında geniş quruculuq meydanına çevrilib. Şəhərin abadlaşdırılması sahəsində xeyli işlər görülüb və bu proses uğurla davam etdirilir. Yeni tikilən müasir yaşayış binaları, bərpa olunan tarixi-memarlıq abidələri, eləcə də mədəniyyət ocaqları, yenidən qurulan parklar, yeni salınan yollar və körpülər Bakının simasını çox dəyişdirmiş, onun cazibəsini daha da artırmışdır.

Nəticədə Bakının, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş, qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin – məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülmüşdür. Son illər ərzində Bakı qəsəbələrində yüzlərlə məktəb, tibb müəssisələri tikilmiş, bir çoxları əsaslı şəkildə təmir edilmişdir.

 

Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki