image-qanunla-reklam
image-124460

Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir

image-lady-day-az

Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qısa müddət ərzində Azərbaycanda işğaldan azad olunmuş ərazilərin bərpası, şəhərsalma planları və dağıdılmış infrastrukturun yenidən qurulması və bu işlərin həm həcmi, həm də keyfiyyətlə icrası unikal xarakter daşıyır və beynəlxalq tərəfdaşlar tərəfindən təsdiqlənir. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib. Təsadüfi deyil ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycanda yeni şəhərlər, yüzlərlə kəndlər salınır, yeni infrastruktur yaradılır. Ölkəmiz bu işləri öz gücü hesabına reallaşdırır. Bu cür genişmiqyaslı quruculuq işləri Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir.

Təbii ki, beynəlxalq təşkilatların da bu prosesə qoşulması arzuolunandır. Dövlətimizin başçısı Ümumdünya Şəhər Forumunda işğaldan azad olunan üç rayonumuzda BMT, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə bərpa və yenidənqurma ehtiyaclarını birgə dəyərləndirdiyini xatırlatdı. Eyni zamanda, Azərbaycan BMT-nin Yaşayış Məskənləri Proqramı ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir. Nəzərə alsaq ki, bu proqram əlavə investitdsiya dəstəyi ilə dünyanın bir sıra ölkələrində münaqişələrdən sonrakı dövrdə bərpa-quruculuq işlərinə dəstək göstərir, bu mənada Azərbaycan da bu təcrübədən yararlanmaqda maraqlıdır və ölkəmiz xarici investorların dəstəyinə açıqdır.

Kəmalə Əliyeva- Zərdab rayonu, Əlibəyli kənd tam orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki