image-qanunla-reklam
image-1656321044_8d5f4d0f-274f-355c-92fa-85dfb27b1304_850

Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək

image-lady-day-az

Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.

Qısa müddət ərzində Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı  arasında uğurlu əməkdaşlıq qurulub. Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında keçirilən görüşlər və qurumun texniki heyəti ilə ikitərəfli görüş qarşıdakı aylar və uzunmüddətli perspektivdə əməkdaşlığı dərinləşdirməyə yeni imkanlar açır. Forum müasir tendensiya və trendləri öyrənmək, oxşar problemlərlə üzləşmiş ölkələrin təcrübəsi ilə yaxından tanış olmaq üçün geniş imkanlar açır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qısa müddət ərzində Azərbaycanda işğaldan azad olunmuş ərazilərin bərpası, şəhərsalma planları və dağıdılmış infrastrukturun yenidən qurulması və bu işlərin həm həcmi, həm də keyfiyyətlə icrası unikal xarakter daşıyır və beynəlxalq tərəfdaşlar tərəfindən təsdiqlənir. Sessiyada qeyd edilib ki, işğal dövründə şəhər və yaşayış məntəqələrinin tamamilə dağıdılması, infrastrukturun məhv edilməsi və ərazilərin minalanması bərpa işlərinin sürətlə aparılmasına mənfi təsir göstərir.

Belə ki, bu il Ağdam şəhərində Milli Şəhər Forumunun keçirilməsinə dair ilkin razılıq əldə olunub. Eyni zamanda BMT-nin Məskunlaşma Proqramının Azərbaycanda əsaslı şəkildə təmsil olunması da yer alır, o cümlədən beynəlxalq qurumla Azərbaycan arasında Milli Strategiya və Fəaliyyət Planı ətrafında da müzakirələr aparılır. Azərbaycanın postmünaqişə dövründə ərazilərin bərpasına dair təcrübəsini Ağdamda keçiriləcək forumda bölüşmək və digər ölkələrin bu təcrübədən faydalanmasına şərait yaratmaq mümkün olacaqdır.

 

Vüsalə Kərimova –Zərdab şəhər 1 saylı məktəb liseyn direktoru 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki